Şəkidə daha bir tarixi abidə baxımsızlıqdan məhv olur - FOTOLAR

Şəkidə daha bir tarixi abidə baxımsızlıqdan məhv olur - FOTOLAR
Qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr dünya mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycanın da özünəməxsus mədəniyyət nümunələri var, hansı ki, onlar həm də turistlərin ölkəyə gəlişində maraq yarada bilir.

Sfera.az bildirir ki, həmin abidələrdən biri də Şəkinin Daşüz kəndində yerləşən Ədil xana məxsus evdir. Təəssüf ki, sözügedən tarixi abidə hazırda baxımsız vəziyyətdə qalıb.

Əvvəlcə məlumat üçün qeyd edək ki, Ədilxan İlisulu barədə müxtəlif rəvayətlər mövcuddur. Bir çoxları Ədilxanı Şəki xanlarından biri kimi tanıyır. Ədilxan XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış məşhur zadəganlarından biridir. Sultanovlar nəslinin nümayəndəsi olan bu şəxs atlara böyük marağı ilə şöhrət qazanıb. O, Daşüz kəndində Qafqazda o vaxtın ən böyük atçılıq zavodlarından birini inşa etdirib. Bu kənddə Ədilxanın xatirəsini yaşadan ev günümüzə qədər gəlib çatıb.  Müxtəlif dövrlərdə binada damazçılıq və digər müəssisələr fəaliyyət göstərib.

1914-cü ildə, bişmiş kərpicdən tikilən ev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi "mühafizə olunur". Təqdim etdiyimiz fotodan da göründüyü kimi, tariximiz gözümüzün qabağında məhv olur, nə dinən var, nə dillənən. Düzdür, sakinlər bundan narazılıq edir, abidənin bərpaya ehtiyacının olduğunu vurğulayırlar, ancaq onların narazılığına əhəmiyyət verən yoxdur. 

Nəzərə alınmalıdır ki, binanın orijinal forması saxlanılmaqla bərpa olunarsa, Şəkiyə gələn qonaqların ziyarət etdikləri məkanlardan birinə çevrilə bilər. Ona görə də səlahiyyətli şəxslər abidənin bərpasında maraqlı olmalıdırlar. Mədəniyyət abidələri bizim kimliyimizdir, onları qorumaq hər kəsin borcudur! Lakin görünür, bu amil bəziləri üçün əhəmiyyət kəsb etmir.
 
Elə xalqlar var ki, olmayan yerdən özlərinə böyük bir keçmiş yaradırlar, onlara məxsus olmayan abidələri mənimsəyirlər, yalançı tarix uydururlar. Biz isə gerçək tariximizə sahib çıxa bilmirik. Geriyə yalnız ümid etmək qalır – Ədil xana məxsus evin tezliklə bərpa ediləcəyinə olan inam...

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şəkidə daha bir tarixi abidə baxımsızlıqdan məhv olur - FOTOLAR

Qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr dünya mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycanın da özünəməxs...

Novruz Məmmədovun dəbdəbəli villasının görüntüləri – FOTOLAR

Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədovun dəbdəbəli villasının görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, İnterpress.az-ın əldə etdiyi məlumata ...

Uşağın döyüldüyü bağça bütün paylaşımlarını sildi - FOTOLAR

Xəbər verdiyimiz kimi, İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçi körpəni vurub. Qısa müddətdə geniş rezonans doğuran bu hadisə sözügedən bağçanın sosial şəb...

Dünən şəhid olan hərbçimizin ölümündən bir qədər öncə çəkdiyi VİDEOSU

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nətic...

Deputat və kürəkəninin şirkətləri: Siyahı yayıldı - FOTOLAR

Milət vəkili Eldar Quliyevin şirkətlərinin bir qisminin siyahısı yayılıb. Sfera.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məluma...

"Tik-Tok"a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı - Ailəsi danışdı

"Tik-Tok”a görə öldürülən gənclə bağlı dəhşətli faktlar ortaya çıxıb.  Ötən gün Bakı şəhərində bıçaqlanaraq öldürülən Natiq Ramazanov Zaqatala rayonu...