"Tik-Tok"a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı - Ailəsi danışdı

"Tik-Tok”a görə öldürülən gənclə bağlı dəhşətli faktlar ortaya çıxıb. 

Ötən gün Bakı şəhərində bıçaqlanaraq öldürülən Natiq Ramazanov Zaqatala rayonunun Zəyəm kəndindəndir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. 

Sfera.az bildirir ki, ailəsindən lent.az verilən məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı kursda iştirak edərək leytenant rütbəsi alıb. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan ilk günlərdən Natiq könüllü müharibəyə yollanıb. Bölük komandiri kimi döyüşən Natiq Ramazanov Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. 

Ailəsinin dediyinə görə, Natiq evli olub. Onun iki yaşlı bir oğlu var imiş. Ən dəhşətlisi isə odur ki, N.Ramazanovun gələn ay yeni körpəsi dünyaya gələcəkmiş. 

O, bu gün Zaqatalada torpağa tapşırılıb. 

Qeyd edək ki, Nizami rayon Prokurorluğu faktla ilə bağlı məlumat yayıb. Bildirilib ki, noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov "Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini, 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, qətlə yetirilən Natiq Ramazanov Zaqatala sakinidir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. 

N.Ramazanovun meyiti bu gün doğulduğu Zaqatala rayonuna aparılaraq dəfn edilib. 

OXŞAR XƏBƏRLƏR

"Tik-Tok"a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı - Ailəsi danışdı

"Tik-Tok”a görə öldürülən gənclə bağlı dəhşətli faktlar ortaya çıxıb.  Ötən gün Bakı şəhərində bıçaqlanaraq öldürülən Natiq Ramazanov Zaqatala rayonu...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 835 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti...

"Yay üçün indidən tədbirli olmalıyıq” - Karantin qaydaları ilə bağlı AÇIQLAMA

Qarşıdan insanların hər il səbrsizliklə gözlədiyi yay fəsli gəlir. Ölkə daxili və ölkə xarici turizm məkanları, çimərliklər yay fəslində insanların ən çox üz tu...

Cəmil Həsənlinin qızı ilə videosu yayılan Mahirin bahalı həyatı - VİDEO

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günellə videosu yayılan Mahir adlı şəxsin bahalı həyat tərzi keçirməsinə, o cümlədən yarım milyonluq avtomobil sahibi ...

Prezidentin mükafatlandırdığı 10 gənc kimdir? - FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az xəbər verir...

Qubadlı şəhərinin peykdən görüntüsü - FOTO

"Azərkosmos” işğaldan azad edilən Qubadlı şəhərinin peyk görüntüsünü paylaşıb. Sfera.az  xəbər verir ki, görüntü peyk operatorunun tvitter səhifəsind...