Səhiyyə Nazirliyi bu şəxslərə müraciət etdi

Səhiyyə Nazirliyi bu şəxslərə müraciət etdi
"Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər fəsildən asılı olmayaraq daim nəzarət altında olmalıdırlar”.

Sfera.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu deyib.

Onun sözlərinə görə, yaz-yay fəslində həmin xəstəliklərdən əziyyət çəkənlərin Günəş şüaları altında qalması, eləcə də isti havada çox vaxt keçirməsi tövsiyə olunmur: "Həmin xəstələr yaz aylarında mümkün olduğu qədər isti hava altında qalmamalı, çoxlu maye qəbul etməlidirlər. Həmçinin dərmanları vaxtı-vaxtında qəbul etmələri tövsiyə olunur.

Soyuq aylarda isə damarlarda spazm yaranır. Bu da meydana gələcək infarkt riskini artırmış olur. Stendi olan şəxslərdə isə vəziyyət daha təhlükəli olur”.

Nazirlik rəsmisi əlavə edib ki, COVID-19 infeksiyası bütün bədənə təsir edir: "Ürək də bundan ziyan çəkmiş olur. Şəkərli diabet, ürək çatışmazlığı xəstələrindən də yan keçmir. Aretmiya pozğunluğu olanlar bundan əziyyət çəkə bilər. Həmin şəxslər daha diqqətli olmalıdır”.


OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...