Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb - FOTOLAR-VİDEO

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb - FOTOLAR-VİDEO
Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb.

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, FHN-in "112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu hadisə yerinə cəlb edilib.

Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 125 mm-lik BK-14 tank mərmisi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi olduğu (tərkibində partlayıcı maddə olmayan) müəyyən edilib.

Mərmilər pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
 
 

OXŞAR XƏBƏRLƏR

Bakıda lüks avtomobilini yol polisinin üstünə sürən şəxs cəzalandırıldı - FOTO + VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücülərin videosu ərazidəki təhlükəsiz şəhər kamerasına düşüb. Sfera.az  "avtosfer.az”a istinadən xəbər verir ...

Bakıda avtomobil qadını vuraraq öldürdü - FOTOLAR + VİDEO

Bakıda avtomobil qadını vuraraq öldürüb. Sfera.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektor...

Bakıda dəniz artilleriya mərmisi tapıldı - FOTOLAR + VİDEO

Bakıda dəniz artilleriya mərmisi tapılıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib k...

Bakıda hərbi sursatlar tapıldı - FOTOLAR + VİDEO

Bakıda hərbi sursatlar tapılıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112” qaynar telefon ...

“Coca-Cola”nın maşını aşdı, içkilər yerə dağıldı – FOTO + VİDEO

Bakıda "Coca-Cola” daşıyan yük maşını qəza törədib. Sfera.az xəbər verir ki, bu barədə baku.ws-in "qaynar xətti”nə məlumat daxil olub. Hadisə zamanı...

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb - FOTOLAR-VİDEO

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunu...