Bakıda lüks avtomobilini yol polisinin üstünə sürən şəxs cəzalandırıldı - FOTO + VİDEO

Bakıda lüks avtomobilini yol polisinin üstünə sürən şəxs cəzalandırıldı - FOTO + VİDEO
Bakıda qaydaları kobud şəkildə pozan sürücülərin videosu ərazidəki təhlükəsiz şəhər kamerasına düşüb.

Sfera.az  "avtosfer.az”a istinadən xəbər verir ki, 90-TG-550 qeydiyyat nişanlı "Range Rover” markalı avtomobilin sürücüsü martın 8-də paytaxtın Neftçilər prospektində (Bakı İdman Sarayının qarşısında) əks istiqamətə çıxaraq nəqliyyat vasitəsini qarşıdan gələn maşınların üzərinə sürüb.

Ərazidə xidmətdə olan yol polisi əməkdaşı avtomobilin qarşısını kəsərkən, sürücü və sərnişin onunla mübahisə etməyə başlayıb. Qarşıda əyləşən xanım sərnişinin qərəzli hərəkətləri kamera görüntülərində aydın şəkildə əks olunub.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Mübariz Ağayev bildirib ki, yayılmış görüntüyə baxış keçirilib:

"Bildirmək istəyirəm ki, martın 8-də paytaxtın Neftçilər prospektində yol hərəkəti qaydasını pozan 90-TG-550 qeydiyyat nişanlı "Range Rover” markalı avtomobilin sürücüsü törətdiyi xətaya uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb edilib”.

Həmin görüntüləri təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR

Bakıda lüks avtomobilini yol polisinin üstünə sürən şəxs cəzalandırıldı - FOTO + VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücülərin videosu ərazidəki təhlükəsiz şəhər kamerasına düşüb. Sfera.az  "avtosfer.az”a istinadən xəbər verir ...

Bakıda avtomobil qadını vuraraq öldürdü - FOTOLAR + VİDEO

Bakıda avtomobil qadını vuraraq öldürüb. Sfera.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektor...

Bakıda dəniz artilleriya mərmisi tapıldı - FOTOLAR + VİDEO

Bakıda dəniz artilleriya mərmisi tapılıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib k...

Bakıda hərbi sursatlar tapıldı - FOTOLAR + VİDEO

Bakıda hərbi sursatlar tapılıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112” qaynar telefon ...

“Coca-Cola”nın maşını aşdı, içkilər yerə dağıldı – FOTO + VİDEO

Bakıda "Coca-Cola” daşıyan yük maşını qəza törədib. Sfera.az xəbər verir ki, bu barədə baku.ws-in "qaynar xətti”nə məlumat daxil olub. Hadisə zamanı...

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb - FOTOLAR-VİDEO

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunu...