“Rusiya-Ukrayna müharibəsində döyüşən azərbaycanlıları cəza gözləyir” – Millət vəkilindən xəbərdarlıq

“Rusiya-Ukrayna müharibəsində döyüşən azərbaycanlıları cəza gözləyir” – Millət vəkilindən xəbərdarlıq
Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox müzakirə olunan mövzulardan biri də Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşən Azərbaycan əsilli insanlardır. Hətta hər iki ölkənin silahlı qüvvələrində muzdla döyüşən Azərbaycan vətəndaşlarının olduğu iddia edilir. 

Maraqlıdır, Rusiyada və Ukrayna tərəfindən muzdla döyüşən vətəndaşlarımıza cinayət işi açıla bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan qanunları bütün vətəndaşlarımıza şamil edilir:

"Ölkə qanunvericiliyi ölkə vətəndaşlarına xarici ölkələrin silahlı birləşmələrində muzdlu döyüşçü kimi iştirakına icazə vermir. Fərqi yoxdur, terrorçu birləşmə və ya sizin dediyiniz kimi Ukrayna-Rusiya silahlı birləşmələri olsun, - bu bütün hallarda qanunsuzdur. Qanunvericilikdə Suriya, Ukrayna deyə bir ayrıcalıq yoxdur. Qanun bütün hallar üçün nəzərdə tutulub”.  

"Qanunvericiliyin tələblərinə zidd olaraq başqa ölkənin silahlı qüvvələrində muzdla xidmət edən Azərbaycan vətəndaşlarına qarşı cəza tədbirləri görülə bilər”, - deyə millət vəkili bildirib.

Turan Rzayev

OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...