Rusiya nüvə silahına əl atsa... - Qərbin planı nədir?

Rusiya nüvə silahına əl atsa... - Qərbin planı nədir?
"Rusiya ilə Ukrayna arasındakı müharibə uzandıqca Kremlin nüvə silahından istifadə etmək barədə müzakirələr daha çox gündəmə gəlir. Bu, təsadüfi deyil”.
 
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O bildirib ki, Moskvanın bu qədər ciddi müqavimətlə üzləşəcəyini heç kim gözləmirdi:

"Qərb bütün imkanları ilə Kiyevi dəstəkləməyə davam edir - məqsəd Rusiyanı zəiflətməkdir. Ayrı-ayrı rəsmilərin, o cümlədən xarici işlər naziri Sergey Lavrovun, Kreml sözçüsü Dmitri Peskovun açıqlamalarından onların getdikcə aqressivləşdiyi hiss olunur. Çünki uzunillik hegemonluq tədricən puç olur, Kreml sivil dünyadan təcrid edilir. Tətbiq edilən sanksiyalar isə daxildə vəziyyəti ağırlaşdırır. Bu hadisələrin fonunda bir azdan sonra  ölkə daxilində narazılıqların baş qaldırması istisna deyil. Belə olan halda, Kreml bunu hər nə qədər biruzə verməməyə çalışsa da, əslində çıxış yolu axtarır. Qərb rəsmilərinin Ukraynaya səfərləri, prezident Volodimir Zelenski ilə təmasları isə, şübhəsiz ki, Putin üçün əlavə psixoloji təsirdir”.

Müsahibimiz deyib ki, Rusiyanın birdən-birə geri çəkilməsi, asanlıqla danışıqlar masası arxasına oturması və ciddi güzəştlərə getməsi hələlik ağlabatan deyil:

"Çünki bu, Kremlin dünyadakı imicinə ciddi zərbə ola bilər. Əgər müharibə daha çox uzansa, Kreml rəhbəri başqa çıxış yolunun olmadığını görsə, nüvə silahından istifadə edə bilər. Bu, onun üçün təxminən "Pir qələbəsi” olar. Hərçənd Rusiyanın nüvə silahına əl atması heç bir halda soyuqqanlı davranışın nəticəsi olmayacaq. Əksinə, bu, aqressiyanın məhsulu kimi qiymətləndirilməlidir. Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə Qərb mütləq bu addıma adekvat cavab verəcək. Hətta Rusiyanın atdığı raketin havadaca zərərsizləşdirilməsi və həmin an Qərbin Rusiyaya daha ağır zərbə endirməsi də istisna deyil”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...