"Rossiya 1" telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında süjet yayımlayıb - VİDEO

Fevralın 26-da "Rossiya 1" telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasına həsr edilmiş süjet nümayiş olunub.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, telekanalın efirində həftəlik proqramın aparıcısı Dmitri Kiselyov bildirib ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi məntiqlidir, çünki birinci xanım praktiki olaraq ölkənin ictimai və siyasi həyatında iştirak edir, idarəetmə işində mühüm təcrübəyə malikdir, onun nüfuzu danılmazdır:

"Azərbaycan Parlamentinin üç çağırış deputatı olan Mehriban Əliyeva xeyriyyəçilik fəaliyyəti göstərən Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir. Onun rəhbərliyi altında Bakı "Eurovision" mahnı müsabiqəsini uğurla keçirdi".

Süjet çərçivəsində "Rossiya 1" kanalının müxbiri Denis Davıdov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən danışıb. Bildirib ki, Mehriban Əliyeva deputat olaraq parlamentdəki işi ilə xeyriyyəçilik fəaliyyətini uğurla birləşdirir.

"Rossiya 1" telekanalının müxbiri qeyd edib ki, Azərbaycanın birinci xanımı artıq 15 ildir Heydər Əliyev Fonduna rəhbərlik edir. Fondun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana, o cümlədən Talassemiya Mərkəzi inşa olunub. O qeyd edib ki, "Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı"nın hazırlanmasının təşəbbüskarı məhz Mehriban xanım Əliyevadır.

Süjeti təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Prezident təsdiqlədi: rüsum 10 dəfə azaldıldı

Azərbaycanda media üçün dövlət rüsumunun 10 dəfə azaldılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” qanu...

Onlara ayrılmış mənzillər özəlləşdiriləcək - Prezident Fərman imzaladı

Prezident İlham Əliyev Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Fərman imzalayıb. Sfera.az...

Mehriban Əliyeva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışında iştirak edib - FOTO

Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub. Azərbaycan Respublikasının Biri...

4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır

Bu gün 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayır. Sfera.az Trend-ə istinadən xəbər verir ki, "Mədəniyyətlərarası dialoqun inkişafı: İ...

"Rossiya 1" telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında süjet yayımlayıb - VİDEO

Fevralın 26-da "Rossiya 1" telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əl...

Keçən il Azərbaycanda 8 435 borclunun ölkədən çıxışı məhdudlaşdırılıb

Məhkəmə qərarlarının icrası sahəsində 2016-cı ildə iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox - 712 min icra işi daxil olub. Onlar...