Keçən il Azərbaycanda 8 435 borclunun ölkədən çıxışı məhdudlaşdırılıb

Keçən il Azərbaycanda 8 435 borclunun ölkədən çıxışı məhdudlaşdırılıb

Məhkəmə qərarlarının icrası sahəsində 2016-cı ildə iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox - 712 min icra işi daxil olub. Onlardan 300 mindən çoxunun icrası təmin edilib, digərlərinin icrası üzrə tədbirlər davam etdirilir. APA-nın xəbərinə görə, bu barədə bu gün  ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclasında bildirilib.

Hesabat dövründə görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib. 

İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6.548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 3.519 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 8.435 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1.857 şəxsdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.


OXŞAR XƏBƏRLƏR

Prezident təsdiqlədi: rüsum 10 dəfə azaldıldı

Azərbaycanda media üçün dövlət rüsumunun 10 dəfə azaldılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” qanu...

Onlara ayrılmış mənzillər özəlləşdiriləcək - Prezident Fərman imzaladı

Prezident İlham Əliyev Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Fərman imzalayıb. Sfera.az...

Mehriban Əliyeva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışında iştirak edib - FOTO

Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub. Azərbaycan Respublikasının Biri...

4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır

Bu gün 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayır. Sfera.az Trend-ə istinadən xəbər verir ki, "Mədəniyyətlərarası dialoqun inkişafı: İ...

"Rossiya 1" telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında süjet yayımlayıb - VİDEO

Fevralın 26-da "Rossiya 1" telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əl...

Keçən il Azərbaycanda 8 435 borclunun ölkədən çıxışı məhdudlaşdırılıb

Məhkəmə qərarlarının icrası sahəsində 2016-cı ildə iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox - 712 min icra işi daxil olub. Onlar...