Qışda ürəyi yoran 4 səbəb - Türk kardioloq

Qışda ürəyi yoran 4 səbəb - Türk kardioloq
Soyuq hava infarkt keçirməyə səbəb olur. Odur ki, mütəxəssislər bu havalarda həddindən artıq qalın və ya nazik paltar geyinməməyi, həmçinin yağlı pəhrizdən, yorucu idmandan uzaq durmağı məsləhət görür.

Qışda havaların soyuq keçməsi ilə ürək-damar xəstəlikləri artır. Bunun əsas səbəbi soyuq havanın təsiridir və soyuq havada ürəyin bədənin istilik ehtiyacını ödəmək üçün daha çox işləməsi lazımdır.

Sfera.az xəbər verir ki, uzman kardioloq Mutlu Güngör bildirib ki, ürəyi qidalandıran tac damarlarının daralması səbəbindən ürək istədiyi qanı, yəni ehtiyacı olan oksigeni ala bilmir və nəticədə ürəkdə qida çatışmazlığı yaranır. Beləliklə, ürək toxumasına gedən qanın miqdarı azalır.

Qış aylarında ürək sağlamlığına mənfi təsir edən amillərdən biri küləkdir. Bunun səbəbi küləyin döş nahiyəmizdə əmələ gələn isti hava təbəqəsini çıxararaq damarların daralmasına səbəb olmasıdır.

Artıq çəki də ürəyin iş yükünü artırır. Bu mənada həddindən artıq ağır və yağlı yeməklər qəbul etməmək, sadə şəkərlərdən uzaq durmaq, toksinlərin atılması üçün kifayət qədər maye içmək çox vacibdir.

Mümkünsə həftədə ən azı 5 gün, yaxud hər gün ən azı 45 dəqiqə, xüsusən də havanın isti və günəşli olduğu vaxtlarda günorta saatlarında sürətli gəzintilər etməyi vərdiş edin. Səhər erkəndən yüksək tempdə gəzinti, əzələ gücləndirici məşqlər və velosiped sürmək kimi ağır idman məsləhət deyil.

Çox qalın və ya nazik paltarlar yerinə nazik, lakin qat-qat paltarlara üstünlük verməlisiniz. Qat-qat geyinmək paltarlar arasında hava təbəqəsi yaradaraq, izolyasiya effekti verir, beləliklə də bədəni soyuqdan daha yaxşı qoruyur. Hava şəraitinə uyğun geyim dəyişməklə özünüzü tərləmə və soyuqdan qoruya bilərsiniz. /aztibb.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...