Qeybət orucu necə batil edir?

Qeybət orucu necə batil edir?
Qeybət orucu necə batil edir?Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət orucu batil edər. Ancaq bu məsələ əhkamda dini hökm kimi verilməmişdir. Görəsən doğurdandamı qeybət orucu batil edir?

Necə ki, insanın gördüyü saleh əməllərin dərəcələri və mərtəbələri vardır, insanın yerinə yetirdiyi günah da fəsad baxımından eyni dərəcədə deyildirlər. Bu cür hədislər həmin günahın necə böyük olduğunu və necə şiddətli fəsad sayıldığını göstərir.

Çünki insan bir başqasının qeybətini edən zaman onun abrını aradan aparır. İslam dini insanların abır və həyasına dəyər verən bir din olduğu üçün, bu əməli şiddətlə pisləyir və məzəmmət edir, ondan çəkindirir.

Məsumlardan (ə) gələn hədislərdən belə nəticəyə gəlmək olur ki, oruc tutmağın da dərəcələri vardır. Zahiri dərəcəsi - fiqhdə bəyan olunanlardır. Onun şəraiti və batil edən əməlləri fiqhdə zikr edilmişdir.

Ancaq orucun ən mühüm hissəsi - onun batinidir. O da budur ki, oruc tutan insanın bütün bədən üzvləri oruc tutmalıdır. Yəni, gözünü, dilini, qulağını və başqa bədən üzvlərini haramdan saxlamalıdır.

Belə bir oruc Allah Təala tərəfindən qəbul ola bilənlərdəndir. Əlbəttə, mükəlləf bir insan fiqhin buyurduğu kimi, vacibatını yerinə yetirməyə çalışar. Ona görə də deyə bilərik ki, oruc başqa vacibləri tərk etmək və ya günah yerinə yetirməklə öz həqiqi mənasını kəsb edə bilməyəcəkdir.

Ancaq bu məsələlərin hər birinin özünəməxsus hökmləri olduğu üçün, qeybət orucu birbaşa batil etməz, orucun həqiqi dəyərini azaldar.

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...