Ərinin sevgilisinin rəfiqəsi Aytacı niyə öldürüb? – QANDONDURAN DETALLAR

Ərinin sevgilisinin rəfiqəsi Aytacı niyə öldürüb? – QANDONDURAN DETALLAR
Martın 5-də Qəbələdə öldürülən 23 yaşlı Aytac Əliyevanın qətlinə görə daha bir şəxs həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, istintaqla 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyevanın zərərçəkmiş Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olduğunu, sonuncunun boşanaraq Rüfanə Nəbiyeva ilə ailə quracağına söz verməsinə baxmayaraq sözünə əməl etməməsinə, buna görə Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədi ilə evi tərk etməsi görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və sonuncunun 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə cinayət əlaqəsinə girib zərərçəkmiş şəxsin yaşadığı evə gələrək onu oğurlayıb Şəki şəhərində yaşadıqları evə aparılıb saxlanması barədə razılığa gəlməklə Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlamasına cəhd etməsinə, daha sonra isə Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rüfanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1  (qəsdən adam öldürmə), 29, 144.2.4  (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

İstintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Ərinin sevgilisinin rəfiqəsi Aytacı niyə öldürüb? – QANDONDURAN DETALLAR

Martın 5-də Qəbələdə öldürülən 23 yaşlı Aytac Əliyevanın qətlinə görə daha bir şəxs həbs edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildiril...

Manaf Ağayev 15 sutka həbs olundu

Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar. ...

Azərbaycanlı iş adamı dövlətə xəyanət ittihamı ilə həbs edildi

Rusiyada azərbaycanlı iş adamı həbs edilib.  Sfera.az-ın lent.az-a istinadən məlumatına görə, Rövşən Namazov dövlətə xəyanətdə ittiham olunur. ...

Əflatun Amaşovun qohumu həbs olundu – Əli Həsənovun oğlu ilə hansı əlaqəsi olub?

Bakı Mühəndislik Universitetinin təsərrüfat şöbəsinin müdiri Eldar Səmədovun oğlu Səməd Səmədov dələduzluq üstündə həbs olunub.  Sfera.az xəbər verir...

Azərbaycanda şadlıq evinin sahibi HƏBS EDİLDİ

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozuldu...

4 yaşlı Məryəm ağladığı üçün öldürülübmüş - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI

Bakı şəhər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 4 yaşlı qızın qonşu tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb. 2018-ci il təvəllüd...