Azərbaycanlı iş adamı dövlətə xəyanət ittihamı ilə həbs edildi

Azərbaycanlı iş adamı dövlətə xəyanət ittihamı ilə həbs edildi
Rusiyada azərbaycanlı iş adamı həbs edilib. 

Sfera.az-ın lent.az-a istinadən məlumatına görə, Rövşən Namazov dövlətə xəyanətdə ittiham olunur.

Məhkəmə onu Rusiya Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilərək 2 ay müddətinə həbs edib.

Namazovun adı rəsmi reyestrlərdə ərzaq ticarəti ilə məşğul olan "Viktoriya” MMC-nin direktoru kimi keçir. Amma başqa bir məlumata görə, bu şirkətin Namazovun həbsi ilə heç bir əlaqəsi yoxdur. Bir qədər əvvəl istintaq komitəsi Arxangelsk vilayəti Plesetska qəsəbə sakini Ramiz Namazovun həbsi ilə bağlı Lefortovo məhkəməsinə müraciət edib.

KİV xatırladıb ki, Plesetska qəsəbəsi yaxınlığında Rusiya kosmik proqramlarının həyata keçirildiyi kosmodrom yerləşir. Həbsin bu məqamla bağlı olduğu ehtimal olunur.

Hazırda onun işi məxfi qrifi ilə araşdırılır. Cinayətin sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək həbs gözləyir.

OXŞAR XƏBƏRLƏR

Ərinin sevgilisinin rəfiqəsi Aytacı niyə öldürüb? – QANDONDURAN DETALLAR

Martın 5-də Qəbələdə öldürülən 23 yaşlı Aytac Əliyevanın qətlinə görə daha bir şəxs həbs edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildiril...

Manaf Ağayev 15 sutka həbs olundu

Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar. ...

Azərbaycanlı iş adamı dövlətə xəyanət ittihamı ilə həbs edildi

Rusiyada azərbaycanlı iş adamı həbs edilib.  Sfera.az-ın lent.az-a istinadən məlumatına görə, Rövşən Namazov dövlətə xəyanətdə ittiham olunur. ...

Əflatun Amaşovun qohumu həbs olundu – Əli Həsənovun oğlu ilə hansı əlaqəsi olub?

Bakı Mühəndislik Universitetinin təsərrüfat şöbəsinin müdiri Eldar Səmədovun oğlu Səməd Səmədov dələduzluq üstündə həbs olunub.  Sfera.az xəbər verir...

Azərbaycanda şadlıq evinin sahibi HƏBS EDİLDİ

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozuldu...

4 yaşlı Məryəm ağladığı üçün öldürülübmüş - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI

Bakı şəhər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 4 yaşlı qızın qonşu tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb. 2018-ci il təvəllüd...