Qatilin canlı efirdə soyuqqanlı çıxışı - 7 il sonra tutuldu - VİDEO

Qatilin canlı efirdə soyuqqanlı çıxışı - 7 il sonra tutuldu - VİDEO
Bu gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 7 il əvvəl baş verən dəhşətli qətlin təfərrüatını açıqlayıb. Məlum olub ki, qətldə şübhəli bilinən şəxs, mərhum Səidə Cəfərovanın əmisi oğlu Əfrayıl Məmmədov hadisədən 25-30 gün sonra onun meyitini yandırıb. 

Sfera.az xəbər verir ki, əmisi qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Əfrayıl ötən il Xoşqədəm Hidayətqızının verilişinə çıxıb və soyuqqanlı şəkildə Səidənin harada olmasından xəbərsiz olduğunu deyib.

2000-ci il təvəllüdlü Səidənin anası Bibixanım Cəfərovanın iddialarını inkar edən Əfrayıl qızın itkin düşməsindən bir neçə gün əvvəl onunla mübahisə etdiyini və bu zaman ona sadəcə 2 dəfə şillə vurduğunu bildirib: "Mən ona başqa heç nə etməmişəm, deyirlər guya 10 kiloluq dəmirlə vurmuşam, amma bunların hamısı yalandır”.

Səidə Cəfərovanın anası isə həmin vaxt qızının hər gün yaşadıqlarını gündəliyə yazdığını, orada Əfrayıl tərəfindən hətta təcavüzə məruz qaldığını qeyd etdiyini bildirib.

Qeyd edək ki, rəsmi məlumata görə, 2015-ci ilin 5 iyul tarixində Əfrayıl Məmmədov əkin sahəsində əmisi qızı Səidə Cəfərovanı bıçaqlayaraq öldürüb və meyitini gizlədib. Bundan 1 ay sonra isə o, gizlətdiyi meyitin başını kəsərək ayrıca basdırıb, digər hissələri isə benzinlə yandıraraq izi itirməyə çalışıb.

Həmin görüntüləri təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Qazini döyən şəxs cənnətdə 420 minə torpaq "alıbmış" - TƏFƏRRÜAT

Qarabağ qazisi Ceyhun Məhərrəmovun mayın 3-də evinin girişində bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı təfərrüatlar məlum olub.   Sfera.az ...

Şiddətə meyilli polislər psixoloji testlərdən necə keçirlər? - AÇIQLAMA

Ötən gün  Bakıda nişanlısını öldürüb ardınca özü intihar edən, bundan qabaq da həyat yoldaşını polis mərkəzində öldürən polis...   Son günlər cinayə...

Nərminin qətlində aralanmayan SİRR PƏRDƏSİ - Daha bir ziddiyyətli ifadə...

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbə...

“Qanuni oğru” adı alan 52 azərbaycanlı – SİYAHI

Azərbaycan hərbi yolla Rusiya İmperiyasının, ardınca isə Sovet İttifaqının tərkibinə daxil edildikdən sonra imperiyanın mərkəzində baş verən proseslər ucqarlara...

“İlkin həmin gün saat 1-ə kimi...” — “Nərmin işi”ndə müəmmalı İFADƏ

Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.   Sfera.az xəbər verir ki, so...

Qatilin canlı efirdə soyuqqanlı çıxışı - 7 il sonra tutuldu - VİDEO

Bu gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 7 il əvvəl baş verən dəhşətli qətlin təfərrüatını açıqlayıb. Məlum olub ki, qətldə şübhəli bilinən şəxs, m...