“İlkin həmin gün saat 1-ə kimi...” — “Nərmin işi”ndə müəmmalı İFADƏ

“İlkin həmin gün saat 1-ə kimi...” — “Nərmin işi”ndə müəmmalı İFADƏ
Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.
 
Sfera.az xəbər verir ki, son iki prosesdə şahidlər dindirilib.
 
Qaratel Orucova bildirib ki, hadisə günü Nərminin anası Aynurə İsmayılova uşaq itkin düşən gün evdən atası tərəfindən məcburi göndərildiyini deyirdi:
 
"Onda Aynurəni yolda görmüşdüm. Aynurə deyirdi ki, Nərmin getmək istəmirdi, atası məcburi göndərib. Deyib ki, apar, bu kurtkanı əminə ver, o biri əmingildən də mənim kurtkamı gətir, səni axşam toya aparacam. Aynurə İsmayılovanın anası, uşağın ana nənəsi Minayə də kəndin içində qışqırıb deyirdi ki, uşaq ata nənəsi Leybəgilə gedib, oradan yoxa çıxıb”.
 
Məhkəmədə İlkin süleymanovun bacıları İlhamə Süleymanova və Kəmalə Məmmədova da dindirilib. Onların hər ikisi müəllimdir. Kəmalə Məmmədova deyib ki, onu evindəki axtarış zamanı orada olan qırmızı yorğan üzlərinə görə dindiriblər:
 
"Evimdə üç dənə qırmızı yorğan üzü və iki dənə qırmızı yorğan ortası olub. Yorğan üzlərini anam 1999-cu ildə tikili vəziyyətdə mağazadan almışdı mənim üçün. O biri iki dənə qayınanamdan qalıb. Guya uşağın başına bağlanmış parça olub, onunla mənim evimdəki yorğan üzləri eyni cinsdən olub. Soruşdular ki, ola bilərmi o parçalardan anamgildə qalsın? Dedim ki, mümkün deyil. Çünki mağazadan hazır alınmış üzlərdir”.
 
İlhamə Süleymanova isə qardaşı tutulandan sonra polis və prokurorluq işçilərinin hərəkətləri haqda danışıb. O bildirib ki, yanvarın 10-da İlkini dindirmək üçün evə gətirəndə valideynlərini, onu və bacısını, qardaşını, əmisini zorla evdən çıxarıblar:
 
"Ayın 10-da polis rəisi və komandası bizi zorla evdən çıxardı. Gəlib dedi ki, müəllim, ata-anan getsin, yaşlı insanlardır, İlkini gətirəcəyik, o vəziyyətdə görməsinlər. Atam çıxmaq istəmədi. Onda rəis dedi ki, məcburi çıxaracağıq. Yaxşısı budur, siz aparın, qardaşın, bacın, əmin buradadır. Mən ata-anamın qoluna girib apardım. Sonra oğlumu və bacımı da çıxarıblar.
 
Bacıma deyiblər ki, əmin və qardaşın buradadır. Birdən qardaşıma zəng elədim ki, görüm nə xəbər var. Bəhruz qardaşım dedi ki, bizi şöbəyə apardılar ki, təcili prokurorluqdan general gəlib, sizi dindirməlidilər, bizi polis şöbəsinə apardılar. Başa düşdük ki, oyun qurublar. Tez evə qaçdım, evi az qala, 500 metrdən mühasirəyə almışdılar. Bizi evimizə buraxmadılar. Sonradan bildik ki, İlkinə deyiblər, "ailən səndən imtina edib, sənə görə evdən çıxıb gediblər”. İlkin deyirdi ki, həmin vaxt özümüzünkülərdən kimisə görüb, başıma gələnləri qışqırıb demək ümidi ilə gəlmişdim. Gəldim gördüm ki, heç kim yoxdur...”
İlhamə Süleymanova vurğulayıb ki, Nərminin 47 gün saxlandığı iddia olunan otaqda qalması mümkün deyildi. Onun sözlərinə görə, qışda çox soyuq olduğuna görə o evdən meyvə-tərəvəz saxlamaq üçün istifadə edirlər. Həm də orada əşyalar var. Qardaşı Adil Süleymanovgil gələndə orada qalırlar:
 
"Mən ora dəfələrlə girib-çıxmışam, meyvə-tərəvəz götürmüşəm. Oğlum toya gedirdi, ora qalxıb, Nərminin saxlandığı deyilən otaqda qardaşımın kostyumunu geyinib baxıb”.
 
İlhamə Süleymanova jaketinin üstündən Nərminin paltarına uyğun lif tapılması haqda iş materiallarında yazılanlara da münasibət bildirib. O deyib ki, həmin jaket Nərminin nənəsi Leybə Quliyevagildə olub:
 
"Noyabrın 19-da Şərif Quliyevin qardaşı Arifin qızının toyu olmuşdu. Hava soyuq idi, orada jaketimi çıxarıb xalamqızına verdim. Bir müddət sonra xalamqızı dedi ki, jaketi Leybəgilə qoymuşam, oradan götürərsən. Onlarla da bizim aramızda üç ev var. Qonşuyuq. Yadımdan çıxmışdı, götürməmişdim. Yanvarın 7-də evimizdə pəncərənin ağzında sellofan gördüm, açıb baxanda jaket içində idi”.
 
İlkin Süleymanov məsələyə münasibət bildirərkən deyib ki, o, qapılarında dayananda Şərif Quliyevin qohumu həmin jaketi ona verərək, bacısına məxsus olduğunu deyib.
 
Bu gün iclasda iki məktəbli - Şəmsiyyə Abdiyeva və Sevinc Abdullayeva ifadə verib. Onlar Nərmin Quliyeva itkin düşdüyü gün onu bir əmisigilin evinin yaxınlığında görüblər.
 
İttihamda iddia olunur ki, İlkin Süleymanov uşağı saat 15.00 radələrində oğurlayıb. Lakin məktəblilər Nərmini axşamüstü saat 16.00-17.00 arası əmisigilin evinin yanında gördüyünü deyiblər: "Biz hazırlıqdan çıxıb gəlirdik. Hazırlığımız saat 4-də bitir. Müəllim bizi ondan sonra buraxır. Biz müəllimin evindən çıxıb bir xeyli gəlmişdik. Nərmini gördük. Onun yanından keçəndən sonra kənddəki çoban Malışla rastlaşdıq”.
 
Digər şahid Zakir Vəliyev bildirib ki, uşaq itkin olduğu 47 gün ərzində dəfələrlə İlkinlə görüşüb. Onun sözlərinə görə, o müddətdə İlkin dəfələrlə toy, yas məclislərində olub: "Dekabrın 16-da İlkinlə birlikdə ciyəraxşamında olmuşam, ertəsi gün də toy idi. Toy günorta saat 2-də başlayırdı. Siyahı yazmaq İlkinə tapşırılmışdı. Ona görə tez getdik. Biz axşam saat 10-da qayıtdıq, İlkin isə pul siyahısı yazdığına görə gecə saat 1-ə qədər qalmışdı. Onu sonradan gecə saat 1-də toy sahibi Kamran özü evlərinə aparmışdı...”
 
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir./Qafqazinfo/

OXŞAR XƏBƏRLƏR

Qazini döyən şəxs cənnətdə 420 minə torpaq "alıbmış" - TƏFƏRRÜAT

Qarabağ qazisi Ceyhun Məhərrəmovun mayın 3-də evinin girişində bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı təfərrüatlar məlum olub.   Sfera.az ...

Şiddətə meyilli polislər psixoloji testlərdən necə keçirlər? - AÇIQLAMA

Ötən gün  Bakıda nişanlısını öldürüb ardınca özü intihar edən, bundan qabaq da həyat yoldaşını polis mərkəzində öldürən polis...   Son günlər cinayə...

Nərminin qətlində aralanmayan SİRR PƏRDƏSİ - Daha bir ziddiyyətli ifadə...

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbə...

“Qanuni oğru” adı alan 52 azərbaycanlı – SİYAHI

Azərbaycan hərbi yolla Rusiya İmperiyasının, ardınca isə Sovet İttifaqının tərkibinə daxil edildikdən sonra imperiyanın mərkəzində baş verən proseslər ucqarlara...

“İlkin həmin gün saat 1-ə kimi...” — “Nərmin işi”ndə müəmmalı İFADƏ

Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.   Sfera.az xəbər verir ki, so...

Qatilin canlı efirdə soyuqqanlı çıxışı - 7 il sonra tutuldu - VİDEO

Bu gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 7 il əvvəl baş verən dəhşətli qətlin təfərrüatını açıqlayıb. Məlum olub ki, qətldə şübhəli bilinən şəxs, m...