Qarabağda mümkün iğtişaşlarla bağlı ANONS – “İndidən hazır olmaq lazımdır”

Qarabağda mümkün iğtişaşlarla bağlı ANONS – “İndidən hazır olmaq lazımdır”
"Basqı altında olan Paşinyan Azərbaycan ordusunun Ermənistan ordusundan güclü olduğunu başa düşür və Azərbaycanın hər an bütün Qarabağ bölgəsində hərbi əməliyyatlar keçirəcəyini anlayır”.  
 
Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını şərh edən rusiyalı politoloq Sergey Markov bildirib. 
Politoloq qeyd edir ki, Paşinyanın sülh müqaviləsinin bağlanmasına müsbət yanaşması, Azərbaycanın ərazi bütövlüyünü tanıması revanşist qüvvələrin aktivləşməsinə səbəb olacaq. 

"Azərbaycanın güclü ordusu olduğunu anlayan Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul etmək məcburiyyətindədir. Paşinyanın Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməsi isə Ermənistandakı revanşist qüvvələrin böyük etirazına səbəb olub. Mən düşünürəm ki, Ermənistandakı revanşist qüvvələr Paşinyana qarşı yaxın zamanlarda mitinqlərə başlayacaqlar və həmçinin bu, Qarabağda bir sıra iğtişaşlara da səbəb ola biləcək. Buna görə də əlaqələrin pozulmasına yönələn bu tip iğtişaşlara qarşı indidən hazır olmaq lazımdır.  

Həmçinin bundan başqa Paşinyan nəinki Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dərk edir, o, həmçinin Türkiyə ilə əlaqələr üzərində də ciddi işləyir.
Buna görə də bu antitürk partiyalarını möhkəm qıcıqlandırmaqdadır. İstər Ermənistanın daxilində, istərsə də diasporada böyük narazılıqlar yaranmaqdadır. Buna görə də diaspor tərəfindən də güclü hücumları gözləmk mümkündür”, - deyə S.Markov əlavə edib. 

/Bizim.Media

OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...