Qadağanın ləğvinin İQTİSADİ TƏSİRİ - Tibbi maska ticarəti və istehsalı azalacaq

Qadağanın ləğvinin İQTİSADİ TƏSİRİ - Tibbi maska ticarəti və istehsalı azalacaq
Azərbaycanda 2022-ci ilin mayın 1-dən qapalı məkanlarda tibbi maskalardan istifadə tələbi qüvvədən düşəcək. Bundan sonra qapalı məkanlara daxil olan şəxslər üçün tibbi maskadan istifadə etmək könüllü olacaq.

Böyük ehtimalla, bu qərarın qüvvəyə minməsindən sonra tibbi maskadan istifadə edənlərin sayı dəfələrlə azalacaq, çox az sayda insan özünü qorumaq üçün maska taxacaq.
 
Sfera.az bildirir ki, qadağanın aradan qaldırılması ölkəmizdə tibbi maskaya olan tələbi azaldacaq. Buna görə də növbəti aylarda tibbi maska istehsalında və idxalında ciddi azalma görəcəyik.

Xatırladaq ki, Azərbaycanda 2020-ci ilə qədər tələb böyük olmadığından tibbi maska istehsalı həyata keçirilməyib. 2020-ci ildə sərt karantin qaydaları ilə əlaqədar qoruyucu vasitələrdən istifadə etmək məcburi olduğundan həm ölkəmizdə tibbi maska istehsalı təşkil edildi, həm də bu məhsulların idxal miqdarı dəfələrlə artırıldı.

İki il əvvəl Sumqayıtda 2 tibbi maska istehsalı müəssisəsi və qoruyucu kombinezonların istehsalı müəssisəsi işə salınıb. Bu müəssisələrlə bərabər xaricdən çoxlu sayda maska idxalına başlanılıb.

Rəsmi məlumatlara görə, 2020-ci ildə ölkəmizdə 28,7 milyon ədəd tibbi maska istehsal olunub. İstehsal 2021-ci ildə 45,6 faiz artaraq 41,8 milyon ədədə yüksəlib. 2022-ci ilin birinci rübündə də istehsalda artım olub. İlk rübdə 11,6 milyon ədəd və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,1 faiz çox tibbi maska istehsalı qeydə alınıb. İstehsal artmaqla idxal da artıb. 2021-ci ildə 5,077 milyon dollar dəyərində 121,63 milyon ədəd idxal həyata keçirilib. 2022-ci ilin yanvar-fevral ayları ərzində 338 min dollar dəyərində 8,172 milyon ədəd tibbi maska idxal edilib. Böyük ehtimalla qərarın qüvvəyə minməsindən sonra tibbi maska istehsalı kəskin şəkildə azalacaq. Amma bu, istehsal müəssisələrinin dayanmasına səbəb olmaya bilər. Çünki həmin müəssisələr tibbi maska ixracını da həyata keçirir. 2021-ci ildə 77 min dollar dəyərində 5,29 milyon ədəd, 2022-ci ilin yanvar-fevral ayları ərzində isə 74,7 min dollar dəyərində 2,49 milyon ədəd tibbi maska ixrac olunub.
 
 
Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan Tahir Əmiraslanovdan AÇIQLAMA

Milli Kulinariya Mərkəzinin keçmiş baş direktoru Tahir Əmiraslanov teleaparıcı Orxan Fikrətoğlunun onu əvəz etməsi ilə bağlı məsələyə münasibət bildirib. Sfe...

Avtomobil sahibi olmaq istəyənlər üçün şans yarandı – Ucuz qiymətə satışa çıxarılan maşınların SİYAHISI

Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılacaq. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil e...

Havalar isinmir: hansı sahələr risk altındadır? – “Taxıl üçün müsbət haldır, lakin…”

Son günlər respublika ərazisində hökm sürən qeyri-sabit hava, güclü külək və yağış may ayı üçün xarakterik hesab olunmur.   Xüsusilə mövsümi meyvələrin y...

Tanınmış politoloqun səhhətində problem yarandı - 3-cü VAKSİNDƏN SONRA

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin səhhəti pisləşib.   Sfera.az bildirir ki, bu barədə tanınmış astroloq Səbuhi Rəhimli məlumat yayıb. O...

Psixoloqdan ŞOK AÇIQLAMA: "Bu platforma yeniyetmələrdə cinsi istək hissini artırır"

Ötən günlərdə iki yeniyetmə qızın metro tunelinə doğru qaçaraq "TikTok” platforması üçün video çəkmə istəyi geniş müzakirələrə səbəb oldu. Cəmiyyət arasında b...

Qadağanın ləğvinin İQTİSADİ TƏSİRİ - Tibbi maska ticarəti və istehsalı azalacaq

Azərbaycanda 2022-ci ilin mayın 1-dən qapalı məkanlarda tibbi maskalardan istifadə tələbi qüvvədən düşəcək. Bundan sonra qapalı məkanlara daxil olan şəxslər üçü...