Psixoloqdan ŞOK AÇIQLAMA: "Bu platforma yeniyetmələrdə cinsi istək hissini artırır"

Psixoloqdan ŞOK AÇIQLAMA:

Ötən günlərdə iki yeniyetmə qızın metro tunelinə doğru qaçaraq "TikTok” platforması üçün video çəkmə istəyi geniş müzakirələrə səbəb oldu. Cəmiyyət arasında birmənalı olaraq bu xəbər qınanıldı və yeniyetmələrin bu addımı artmasında adıçəkilən platforma günahlandırıldı.


Bu da öz növbəsində yeniyetmələrə sosial şəbəkələr, smartfonlardan istifadəyə məhdudiyyət tətbiqi məsələsini aktuallaşdırdı.


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova yeniyetmələrə telefonla bağlı qadağanın tətbiqinin pis hadisələri azaltmağa gətirib çıxaracağını deyib:


 

"Bu gün həqiqətən də istər o 2 yeniyetmənin metro tunelində qaçması, istərsə də "TikTok”dakı cinsi tərbiyə görməyən yeniyetmələrin açıq-saçıqlığı və aparılan xaotik maariflənmə tədbirləri psixoloq olaraq məni də narahat edir.


Bu istiqamətdə məktəblərdəki yeniyetmələrlə praktik psixoloqların əyani görüşləri keçirilməlidir. Onlara 2-ci, 3-cü şəxsiyyət dövrləri, eləcə də böhran dövlərində və cinsi tərbiyə ilə əlaqədar müxtəlif kriteriyalara uyğun psixoloji faktı təsdiq edəcək söhbətlər aparılmalıdır. Çünki bu gün övladlarımız uçuruma doğru irəliləyirlər. Müəllimlərlə münasibətdə kiçik bir qıcığın yaranması onların görüntülərinin və səs yazılarının Tiktok kimi şəbəkələrdə yayılaraq onların biabr edilməsi ilə nəticələnir. Əgər sinifdə telefondan istifadəyə qadağa qoyulsa və qanun hər şəxsə tətbiq edilsə, təbii ki, bu proseslər bizi ağrıdacaq səbəblərə gətirən psixoloji fakta çevrilməyəcək”.

 

Psixoloq "TikTok” platformasının yeniyetmələrdə cinsi istək hissini artırdığını da vurğulayıb:


 

"Qadağalara gəldikdə, valideynlər üçün övladlarına smartfon telefonlarının verilməsi ilə bağlı həyəcan siqnalı çalınmalıdır. Valideynlər övladlarına nəzarət etmək üçün proqram tərtib etməlidirlər. Bu gün cinsi istəklərin artması "TikTok” platformasında açıq-aşkar öpüşmə səhnələrinin mövcudluğu ilə əlaqədardır.

 

Lakin unutmaq olmaz ki, cinsi istək sevgi demək deyil. Nəticə etibarilə sevgi olmayan cinsi istək bunun başında dayanacaq xaotik psixoloji faktordur. Bu xaotik faktın öhdəsindən gəlmək üçün onların gələcəyinə mane olacaq hadisələrin qarşısını almaq lazımdır”.


 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan Tahir Əmiraslanovdan AÇIQLAMA

Milli Kulinariya Mərkəzinin keçmiş baş direktoru Tahir Əmiraslanov teleaparıcı Orxan Fikrətoğlunun onu əvəz etməsi ilə bağlı məsələyə münasibət bildirib. Sfe...

Avtomobil sahibi olmaq istəyənlər üçün şans yarandı – Ucuz qiymətə satışa çıxarılan maşınların SİYAHISI

Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılacaq. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil e...

Havalar isinmir: hansı sahələr risk altındadır? – “Taxıl üçün müsbət haldır, lakin…”

Son günlər respublika ərazisində hökm sürən qeyri-sabit hava, güclü külək və yağış may ayı üçün xarakterik hesab olunmur.   Xüsusilə mövsümi meyvələrin y...

Tanınmış politoloqun səhhətində problem yarandı - 3-cü VAKSİNDƏN SONRA

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin səhhəti pisləşib.   Sfera.az bildirir ki, bu barədə tanınmış astroloq Səbuhi Rəhimli məlumat yayıb. O...

Psixoloqdan ŞOK AÇIQLAMA: "Bu platforma yeniyetmələrdə cinsi istək hissini artırır"

Ötən günlərdə iki yeniyetmə qızın metro tunelinə doğru qaçaraq "TikTok” platforması üçün video çəkmə istəyi geniş müzakirələrə səbəb oldu. Cəmiyyət arasında b...

Qadağanın ləğvinin İQTİSADİ TƏSİRİ - Tibbi maska ticarəti və istehsalı azalacaq

Azərbaycanda 2022-ci ilin mayın 1-dən qapalı məkanlarda tibbi maskalardan istifadə tələbi qüvvədən düşəcək. Bundan sonra qapalı məkanlara daxil olan şəxslər üçü...