Qaçaq Nəbinin kəndi də işğaldan azad edildi - FOTO

Qaçaq Nəbinin kəndi də işğaldan azad edildi - FOTO
Bu gün Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı "Twitter” hesabında paylaşım edib. 

Sfera.az xəbər verir ki, işğaldan azad edilən kəndlərindən biri də Qaçaq Nəbinin vətəni, Qubadlı rayonunun Aşağı Mollu kəndidir.

Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda  qaçaq hərəkatının fəal iştirakçısı Qaçaq Nəbi bu kənddə doğulub.

Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olub.

1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olub.

Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir.

İşğaldan azad olunan Qubadlının Yuxarı Mollu kəndində isə Qaçaq nəbinin həyat yoldaşı Həcər xanım doğulub.

Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparıb.

Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdlu verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyirdi. Nəbi buna dözməyərək, mülkədara müqavimət göstərir. Bundan sonra qaçaq düşür.

Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edir. O, kəndliləri zülümkarlardan müdafiə edirdi. Mülkədarların var-dövlətini alaraq, kəndlilərə paylayırdı. Arvadı Həcər də Qaçaq Nəbinin silahdaşı idi.

Çar hökuməti 20 il Qaçaq Nəbini dəstəsini məhv etməyə çalışıb. Lakin məqsədinə nail ola bilməyib. Sonda 1896-cı ildə martın 12-də satılmış iki xain qəflətən Nəbiyə hücum edərək, onu öldürüb.  /Oxu.az

OXŞAR XƏBƏRLƏR

Şəkidə daha bir tarixi abidə baxımsızlıqdan məhv olur - FOTOLAR

Qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr dünya mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycanın da özünəməxs...

Novruz Məmmədovun dəbdəbəli villasının görüntüləri – FOTOLAR

Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədovun dəbdəbəli villasının görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, İnterpress.az-ın əldə etdiyi məlumata ...

Uşağın döyüldüyü bağça bütün paylaşımlarını sildi - FOTOLAR

Xəbər verdiyimiz kimi, İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçi körpəni vurub. Qısa müddətdə geniş rezonans doğuran bu hadisə sözügedən bağçanın sosial şəb...

Dünən şəhid olan hərbçimizin ölümündən bir qədər öncə çəkdiyi VİDEOSU

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nətic...

Deputat və kürəkəninin şirkətləri: Siyahı yayıldı - FOTOLAR

Milət vəkili Eldar Quliyevin şirkətlərinin bir qisminin siyahısı yayılıb. Sfera.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məluma...

"Tik-Tok"a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı - Ailəsi danışdı

"Tik-Tok”a görə öldürülən gənclə bağlı dəhşətli faktlar ortaya çıxıb.  Ötən gün Bakı şəhərində bıçaqlanaraq öldürülən Natiq Ramazanov Zaqatala rayonu...