Prezident bu nazirliyin səlahiyyətlərini artırdı - FƏRMAN

İqtisadiyyat
19:15 / 18.05.2022
2797
Azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri artırılıb.
Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanına edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinə aşağıdakı səlahiyyətlər də verilib:
- icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə habelə kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların) bir-biri arasında dəyişdirilməsinə nəzarətin həyata keçirilməsi;