Paşinyanın növbəti zərbədən yayınmaq cəhdi və “ev dovşanına” çevrilən Köçəryan... - ŞƏRH

Paşinyanın növbəti zərbədən yayınmaq cəhdi və “ev dovşanına” çevrilən Köçəryan... - ŞƏRH
Dünən Xankəndidə qondarma parlamentin iclası keçirilib. 
 
Separatçı vəkillər Nikol Paşinyanı kəskin tənqid edərək sülh razılaşması üçün Dağlıq Qarabağın qurban verilməsinə razı olmayacaqlarını və DQ-nin heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağını qeyd ediblər. İclasdan əvvəl isə Arutunyanın Qukasyan və Saakyan ilə görüşü baş tutub. Arutunyan dünənki çıxışında "Arsax" qarşısında 3 seçimin dayandığını və onlar üçün nicat yolunun Rusiya ilə yeni münasibətlər sistemi olduğunu bildirmişdi.

Bununla bağlı Sfera.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, hazırda Paşinyana qarşı  Ermənistanda ciddi ləkələmə kampaniyasına start verilib:

"Erməni millətçiləri xalqı küçələrə səsləyirlər. Mövcud vəziyyət fonunda "ev dovşanına” çevrilən Robert Köçəryan ağzına su alıb susmağa davam edir. Hesab edirəm ki, Brüssel görüşü və Moskva ilə davam edən dialoq, Bakı-London arasındakı razılaşmalar haqqında Paşinyan xəbərdardır. O, son bəyanatını ordumuzun "növbəti zərbəsindən" yayınmaq məqsədilə verib. Ermənistan hakimiyyətinin son çıxışlarından belə başa düşülür ki,  Paşinyan  Qarabağdakı ermənilər üçün maksimum - Azərbaycanın tərkibində ermənilərin mülki  hüquqları üçün beynəlxalq zəmanət istəyir”.

Politoloq bildirib ki, Ukrayna hadisələri fonunda Rusiyanın manevr imkanları daralıb:

"Bu da rəsmi Moskvanı Türkiyə və Azərbaycan ilə münasibətlərdə ehtiyatlı addımlar atmağa sövq edir. Unutmamalıyıq ki, diplomatiyada istənilən məqbul nəticənin əldə edilməsi mümkündür. Belə olan təqdirdə, Bakının məqsədlərinə bir-bir çatacağına dair heç bir şübhə qalmır. Yeri gəlmişkən, Azərbaycanın əsas hədəflərindən biri Ermənistanın silahsızlaşdırılmasıdır. Yəni Ermənistanın gələcəkdə Azərbaycan üçün təhlükə yaratmaması üçün Hayastan ordusu buraxılmalı, yeni standartlara uyğun silahlı qüvvələr saxlanılmalı, Azərbaycan - Ermənistan sərhəddinin o tayı erməni silahlı qüvvələri tərəfindən deyil, sərhədçiləri tərəfindən qorunmalıdır. Bu ölkəyə ağır hərbi texnikalar satan dövlətlərlə bağlı nəticələr çıxarılmalıdır”.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...