Pandemiya dövründə ailə quran azərbaycanlı məşhurlar - FOTOLAR

Pandemiya dövründə ailə quran azərbaycanlı məşhurlar - FOTOLAR
Bir ildən çoxdur ki, dünyada, eləcə də  Azərbaycanda pandemiya dövrü davam edir. Bu müddət ərzində ailə həyatı qurmaq istəyənlərin bir müddətlik planları təxirə düşmüşdü. Lakin iyulun 1-dən etibarən toy məclislərinin keçirilməsinə icazə verildi və fürsətdən istifadə edənlər də çox oldu. Onlar arasında məşhurlar da yer alırdı.
 
Sfera.az pandemiyada evlənən məşhurları təqdim edir:

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu pandemiyada həyat yoldaşı İnci ilə boşanıb. Lakin o, aktrisa Aysel İbrahimova ilə yenidən nikah masasına oturub. Hətta aktrisa sosial şəbəkələrdə ünvanına yazılan "Ailə dağıdıb" tənqidlərinə də cavab verib:
 
"Biz artıq evliyik. 2021-ci ildə evləndik. Heç kimin xoşbəxt ailəsini dağıtmamışam. Dağılmış ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir işdir. Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb razılıq vermişəm. Elçilik olub, qohumları gəliblər valideynlərimdən istəyiblər, daha sonra nişan və nikah baş tutub".

Aktrisa Mənsurə Əhmədova da pandemiya dövründən toyu olanlar sırasına qoşulub. Elə bu yaxınlarda onun toy məclisi baş tutub. Belə ki, o, Yadigar adlı şəxslə ailə qurub. Qeyd edək ki, Mənsurə tamaşaçılara "Ata ocağı” serialından tanışdı.
 

Bu ilə damğa vuran əsas hadisələrdən biri məşhur aktyor Jan Clod Van Dammın oğlu Kristoferin azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənməsi oldu. Cütlüyün nikah mərasimi İstanbulda baş tutub. Xatırladaq ki, Suada pianoçudur və 21 yaşı var. 34 yaşlı Kristofer isə aktyor kimi bir çox filmlərdə rol alıb. 
Bu il ailə həyatı quran digər məşhurlardan biri də "Yuxu kimi" serialında Nigar obrazını canlandıran aktrisa Cəmilə Muradova oldu. O, Maksim Listkov adlı əcnəbiyə ərə gedib. 

ATV-nin aparıcısı Fərid Rəsul da evlənənlər sırasındadır. Onun bu yaxınlarda toy məclisi baş tutub. Aparıcı Məleykə adlı xanımla ailə qurub. Cütlük ötən ilin noyabrında nikah masasına otursa da, pandemiyaya görə toyu təxirə salınmışdı.

"Xəzər TV"nin aparıcısı Xanım Yadigarlı da pandemiyada ailə quranlardan olub. Onun nikahı iyunun 1-də gerçəkləşib. Şamxal adlı bəylə nikah masasına oturan aparıcının toyu iyulun 10-da baş tutub.

Aparıcı Elvira İsmayılova da həmkarlarından geri qalmadı. Uzun müddətdir ABŞ-a köçən Elvira əcnəbi vətəndaşla nikah masasına oturdu.
Müğənni Sevda Yahyayeva pandemiyadan əvvəl həkim Zakir Bayramovla nişanlanmışdı. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb. Amma Sevda və Zakir nikah masasına oturublar. 

Aparıcı Cavid Gül bu il Nərgiz adlı xanımla ailə qurub. Cütlüyün nikahı pandemiya ərəfəsində baş tutsa da, toyları təxirə düşmüşdü.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı milyonçu bir mahnıya görə müğənniyə “Porshe Cayenne” bağışladı - FOTO

Tanınmış rusiyalı müğənni Sergey Penkin ölkə mətbuatına müsahibə verib.    Sfera.az-ın məlumatına görə, o, müsahibəsində azərbaycanlı milyonçu Telma...

“Malikanəsində həftədə 5 dəfə qrup seks təşkil edilir, qadınlar donuza bənzədilirdi” - 91 yaşında ölən iş adamı ilə bağlı ŞOK FAKTLAR

Kişilər üçün nəşr olunan məşhur "Playboy” jurnalının yaradıcısı Hyu Hefner haqqında inanılmaz faktlar ortaya çıxıb.   Sfera.az bildirir ki, keçmiş "Playb...

Pandemiya dövründə ailə quran azərbaycanlı məşhurlar - FOTOLAR

Bir ildən çoxdur ki, dünyada, eləcə də  Azərbaycanda pandemiya dövrü davam edir. Bu müddət ərzində ailə həyatı qurmaq istəyənlərin bir müddətlik planları t...

Ədalət Şükürov 28 minlik motosikleti ilə gündəm oldu - FOTO

Bahalı avtomobillərə olan marağı ilə seçilən Əməkdar artist Ədalət Şükürov bu dəfə yeni motosikleti ilə gündəmə gəlib. Sfera.az xəbər verir ki, ifaçı 3 tə...

Nazpəri Dostəliyeva oğlunu itirdikdən sonra İLK DƏFƏ - FOTO

Xalq artisti Nazpəri Dostəliyeva oğlu Əlinin vəfatından sonra ilk dəfə görüntülənib. Sfera.az xəbər verir ki, müğənni Biləsuvar rayonunda şəhid Kənan Rüstəm...

“Oscar"da ilklər yaşandı: İlin qalibləri - FOTOLAR

Dünyanın ən prestijli kino mükafatları sayılan "Oscar” mükafatları ötən gün 93-cü dəfə sahiblərini tapıb. Sfera.az xəbər verir ki, bir çox beynəlxalq tədb...