“Oscar"da ilklər yaşandı: İlin qalibləri - FOTOLAR

“Oscar
Dünyanın ən prestijli kino mükafatları sayılan "Oscar” mükafatları ötən gün 93-cü dəfə sahiblərini tapıb.

Sfera.az xəbər verir ki, bir çox beynəlxalq tədbirin online keçirildiyi hazırkı vəziyyətdə "Oscar" mərasimi pandemiya səbəbilə iki ay gec baş tutsa da, ənənəvi təşkil edilib. Məlumata görə, tədbirə qatılan hər kəsdən əvvəlcə test götürülüb və sosial məsafəyə də xüsusi riayət edilib.

Aparıcısısız keçirilən gecədə qırmızı xalça paradından dərhal sonra "Oscar"ın qalibləri elan edilib. 

Gecəyə "Nomadland" filmi damğa vurub. Belə ki,  "Ən yaxşı film", "Ən yaxşı rejissor" və "Ən yaxşı aktrisa" mükafatları ilə "Nomadland" ümumilikdə 3  "Oscar"a layiq görülüb. 

Həmçinin, 83 yaşlı Antoni Hopkinsin "The Father" filmi ilə "Ən yaxşı aktyor" mükafatına layiq görülməsi də gecənin yaddaqalan hadisələrindən olub. Hopkins ilk "Oscar" mükafatını illər öncə "Quzuların səssizliyi" filmi ilə qazanıb. Bu dəfəki uğuru isə ona "Ən yaxşı aktyor mükafatı"na layiq görülən ən qoca sənətçi ünvanını da qazandırdı.

Gecənin diqqətçəkən məqamlarından bir digəri isə "Oscar" tarixində ikinci dəfə "Ən yaxşı rejissor" mükafatına bir qadının ("Nomadland"in rejissoru Asiya mənşəli Chloe Zhaonun) layiq görülməsi oldu.
 
"Oscar"ın qalibləri:

Ən yaxşı film - "Nomadland”

Ən yaxşı aktrisa - Frances McDormand ("Nomadland”)

Ən yaxşı aktyor- Anthony Hopkins ("The Father”)

Ən yaxşı rejissor- Chloé Zhao ("Nomadland”)

Ən yaxşı quruluşçu rejissor- Erik Messerschmidt ("Mank”)

Ən yaxşı original ssenari- Emerald Fennell ("Promising young woman”)

Ən yaxşı köməkçi aktyor- Daniel Kaluuya ("Judas and the black Messiah”)

Ən yaxşı beynəlxalq film- "Another round” (Danimarka)

Ən yaxşı səs - "Sound of metal”

Ən yaxşı geyim dizaynı- "Ma Rainey's Black Bottom”

Ən yaxşı sənədli film- "My octopus Teacher”

Ən yaxşı qısa film- "Two distant strangers”

Ən yaxşı animasiya filmi- "Soul”

Ən yaxşı köməkçi aktrisa- Youn Yuh-jung ("Minari”)

Ən yaxşı fim musiqisi- "Soul”

Ən yaxşı original musiqi - Judas and the Black Messiah ("Fight for you”)

Aysel
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı milyonçu bir mahnıya görə müğənniyə “Porshe Cayenne” bağışladı - FOTO

Tanınmış rusiyalı müğənni Sergey Penkin ölkə mətbuatına müsahibə verib.    Sfera.az-ın məlumatına görə, o, müsahibəsində azərbaycanlı milyonçu Telma...

“Malikanəsində həftədə 5 dəfə qrup seks təşkil edilir, qadınlar donuza bənzədilirdi” - 91 yaşında ölən iş adamı ilə bağlı ŞOK FAKTLAR

Kişilər üçün nəşr olunan məşhur "Playboy” jurnalının yaradıcısı Hyu Hefner haqqında inanılmaz faktlar ortaya çıxıb.   Sfera.az bildirir ki, keçmiş "Playb...

Pandemiya dövründə ailə quran azərbaycanlı məşhurlar - FOTOLAR

Bir ildən çoxdur ki, dünyada, eləcə də  Azərbaycanda pandemiya dövrü davam edir. Bu müddət ərzində ailə həyatı qurmaq istəyənlərin bir müddətlik planları t...

Ədalət Şükürov 28 minlik motosikleti ilə gündəm oldu - FOTO

Bahalı avtomobillərə olan marağı ilə seçilən Əməkdar artist Ədalət Şükürov bu dəfə yeni motosikleti ilə gündəmə gəlib. Sfera.az xəbər verir ki, ifaçı 3 tə...

Nazpəri Dostəliyeva oğlunu itirdikdən sonra İLK DƏFƏ - FOTO

Xalq artisti Nazpəri Dostəliyeva oğlu Əlinin vəfatından sonra ilk dəfə görüntülənib. Sfera.az xəbər verir ki, müğənni Biləsuvar rayonunda şəhid Kənan Rüstəm...

“Oscar"da ilklər yaşandı: İlin qalibləri - FOTOLAR

Dünyanın ən prestijli kino mükafatları sayılan "Oscar” mükafatları ötən gün 93-cü dəfə sahiblərini tapıb. Sfera.az xəbər verir ki, bir çox beynəlxalq tədb...