Oruc tutanların diqqətinə: Ağız qoxusunun qarşısını belə alın - ÜSULLAR

Oruc tutanların diqqətinə: Ağız qoxusunun qarşısını belə alın - ÜSULLAR

Artıq 2016-cı ilin Ramazan ayı başlayıb. Orucluqda insanları narahat edən əhəmiyyətli problemlərdən biri də ağız qoxusudur. İlk növbədə onu qeyd edək ki, ağız qoxusunu yalnız diş çürükləri meydana gətirmir. Bunun ən böyük səbəbi diş əti iltihabıdır. Mütəxəssislər bildirir ki, protezler də ağız qoxusu yarada bilər. Orucluqda ağız qoxusunun qarşısını almaq üçün sizi bir neçə əlverişli üsulla tanış edir.

Ağızdan pis iyinin gəlməsinə bronxlar və mədəylə əlaqədar qoxular da səbəb olur. Xüsusilə, daha əvvəl yediyimiz qidalar və mədənin boş olması qoxu ehtimalını artırır. Boğazdakı artıq ətin axıntıları da qoxu yaradan meyarlardan biridir. Xüsusilə imsakda ağıza kifayət qədər yaxşı qulluq edilmədiyi üçün qoxu daha da artır.

Lakin bunu özünüzə dərd etməyin. Ağız spreyi orucluykən də rahatlıqla istifadə edilə bilər. Qoxunu aradan qaldıran ağız qarqaralarını isə udmamaq şərti ilə gün ərzində bir neçə dəfə təkrarlaya bilərsiniz. Bununla yanaşı, tüpürcək ifrazatını artıran tədbirlər bu qoxunun qarşısını alır. Ramazandan əvvəl də insanlar dişlərinə yaxşı qulluq etsələr, orucluq vaxtı bu cür problemlərlə qarşılaşmazlar.

Bunu da mütləq qeyd edək ki, Ramazan ayı dişlərdə çürük meydana gəlməsinə şans yaradır. Xüsusilə iftar və imsakda yeyilən yeməklərdən sonra ağızdakı tarazlıqlar tamamilə pozular, turşu nisbəti artır. Bu səbəbdən bakteriya çoxalması üçün uyğun mühit yaranır. İftardan sonra insanlar yatdığı üçün ağız içi hərarəti artır, buna görə də daha çox bakteriya törəyə bilər. Bu dövrdə dişlərinizə diqqət etməsəniz, diş çürükləri artar.

İftardan və imsakdan sonra dişlərin daha diqqətlə fırçalanması lazımdır. Bir ay boyu dilaltı və diş əti bölgələrinin yaxşıca təmizlənməsini və ağız antipresperantı istifadə etmək təklif edilir. Ən sadə üsul isə duzlu suyla qarqara etməkdir.

Yeməkdən sonrakı 30 dəqiqə ərzində bakteriyalar dişdə çürümə yaratmağa başladığı üçün imsakda mütləq dişlər fırçalanmalıdır. Ancaq gün ərzində də dişlərinizi fırçalamağı unutmayın. Orucluykən diş fırçalamaqda əslində heç bir qəbahət yoxdur. Din adamları tərəfindən də dəfələrlə qəbul olunub. Diş fırçalamaq bədəni qidalandıran bir hal olmadığı üçün orucluykən də diş məcununu udmamaq şərti ilə dişlərinizi fırçalaya bilərsiniz. Diş məcunu da, ağız suyu da orucluykən rahatlıqla istifadə edilə bilər. Bununla yanaşı, oruc olarkən duş qəbul edə bilərsiniz.


TURKUSTAN.info

- See more at: http://turkustan.info/news/6952#sthash.B536BXpY.RvVismBg.dpuf

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...