“Omikron”dan qorunmağın yolu açıqlandı

“Omikron”dan qorunmağın yolu açıqlandı
Koronavirusun bir neçə variantına yoluxandan sonra qrupa xas immunitetin formalaşması "Omikron” ştammından qoruya bilər.

Sfera.az xəbər verir ki, bu barədə rusiyalı virusoloqlar Aleksandr Butenko və Pyotr Çumakov bildiriblər.

"Virusun müxtəlif genotiplərinin birləşməsi insanlarda qrupa xas kütləvi immunitetin formalaşmasına səbəb olur. Söhbət müxtəlif genotiplərdən qorunmanı təmin edə bilməkdən gedir”, - deyə Butenko qeyd edib.

O izah edib ki, koronavirusun müxtəlif variantları ilə çoxsaylı təmas nəticəsində formalaşan immunitet peyvəndlərlə birlikdə COVID-19-a qarşı kollektiv müdafiəni təmin edəcək.

Çumakovun sözlərinə görə, "Omikron” ştammı mutasiyalar nəticəsində S-zülalını əhəmiyyətli dərəcədə dəyişib ki, bu da onun peyvənddən sonra əmələ gələn anticisimlərdən yan keçmək şansını artırır.

"Ancaq S-zülalından başqa viruslarda bir sıra başqa antigenlər var və insan xəstələnəndə bütün bu antigenlərə qarşı anticismlər əmələ gəlir. Ona görə də "Omikron”la qarşılaşanda o, artıq qorunur, çünki digər antigenlər işləməyə başlayır. Bu, qrupa xas immunitetdir. Və o, koronavirusda mövcud olan bütün antigenlər qrupuna aiddir”, - deyə Çumakov izah edib. (Oxu.az)

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...