Omikrondan kimlər qoruna bilməyəcək? - Ən həssas təbəqə

Omikrondan kimlər qoruna bilməyəcək? - Ən həssas təbəqə
Orqanizmi virusla tanış olan, yoluxub sağalan və 3 doza peyvənd vurduran insanlarda virusa qarşı güclü antitel bazası var.
Sfera.az xəbər verir ki, bu qənaətə Kaliforniya universitetinin alimləri yeni elmi araşdırmanın yekununda gəlib.

Onlar yoluxub sağalanlar və tam buster doza peyvənd olunanların antitellərini müqayisə ediblər. Eləcə də onlarla vaksin olunmamış insanlar yoxlanılıb.
Alimlər müəyyən edib ki, əvvəl yoluxub sağalmış və son 2-3 ayda peyvənd olunmuş insanlarda maksimal effektiv antitellər hasil olub və bu antitellər virusun yeni variantlarını tanıyır, immunitet səfərbər olur. Bu variantlara Delta və Omikron da daxildir.

Əsas nəticə budur ki, əgər siz kovidə yoluxmusuzsa, üstəlik peyvənd olunmusuzsa, sizin antitellərin keyfiyyəti daha yüksək olacaq. Bu yeni variantlara qarşı effektiv müdafiədir.

Omikron qarşısında ən müdafisiz təbəqə virusa yoluxmayanlar və heç vaksin olunmayanlardır.

Vaksin edilməyənlər indi vaksin olunsalar da üçüncü dozaya çatana kimi olan müddətdə Omikrona yoluxa bilərlər. Omikron sürətlə yayılır və onun üçün bir ölkəni zəbt etməyə 1 ay yetərlidir. 
 
medicina.az/

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...