“Omikron”a yoluxma halında lazım olan dərmanlar - ADLAR

“Omikron”a yoluxma halında lazım olan dərmanlar - ADLAR
Rusiyanın əməkdar həkimi Mixail Kaqan "omikron”un ilk simptomları aşkar edildikdə lazım olan dərmanlar barədə danışıb və evdəki ilk tibbi yardım dəstində lazım olan preparatları açıqlayıb.

Sfera.az  "oxu.az"a istinadən xəbər verir ki, mütəxəssis temperaturun 38 dərəcədən çox qalxdığı zaman qızdırmasalıcı dərman qəbul etməyə başlamağı tövsiyə edib.

"Onlardan ən təhlükəsizi parasetamol və ibuprofen əsasında hazırlanan dərmanlardır. Aspirinlə isə diqqətli olmaq lazımdır. Uşaqlar üçün isə ümumiyyətlə əks göstərişdir”, - deyə o bildirib.

Şiddətli burun tıxanıqlığı üçün dərmanlar arasında ekspert vazokonstriktor spreylərdən, damcılardan və burun yuma məhlullarından istifadə etməyi məsləhət görüb.

"Selikli qişaların şişkinliyini azaltmaq üçün (burun "sıx tıxanmış” kimi hiss olunur) aptekdən hipertonik məhlullar, selikli qişaları və iltihab məhsullarını yumaq üçün isə izotonik məhlullar istəmək lazımdır”, - deyə Kaqan izah edib.

Boğazdakı ağrıları aradan qaldırmaq üçün həkim qarqaraları (məsələn, "furatsilin”lə) məsləhət görüb.

Bundan əlavə, mütəxəssis qışda "D” vitamini qəbul etməyin vacibliyini qeyd edib.

"D” vitamininin tez təsir göstərmədiyini başa düşmək vacibdir. Əvvəldən və uzun müddətə istifadə olunmalıdır. Demək olar ki, hamımızın qışda onu içməyə ehtiyacı var, çünki biz aşağı insolyasiya şəraitində yaşayırıq. Əgər onu qəbul etməsəniz, immunitet reaksiyaları azala bilər, hər hansı bir xəstəlikdən qorunma zəifləyə bilər”, - deyə Kaqan sözlərini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

Qışdan sonra orqanizmi dirçəltmək üçün UCUZ VASİTƏ

Ekspertlər insanların tərəvəz və meyvələrə nisbətən giləmeyvələri unutduğunu bildirir. Qışdan çıxmış orqanizmi dirçəltmək üçün ən faydalı giləmeyvə isə itburnud...

“Omikron” ştamının əsas xüsusiyyətləri AÇIQLANDI

"Omikron” ştamına yoluxanlar xəstəliyi nisbətən yüngül keçirirlər. Amma bu ştamın digərlərindən fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır”. S...

Pediatrdan SOS: “COVID barədə heç nəyə arxayın olmayın, peyvəndə belə”

COVİD-19-un omikron ştammına yoluxan tanınmış pediatr Aytən İsmayılzadə hər kəsi diqqətli davranmağa və peyvənd belə arxayın olmamağa səsləyib.  Sfer...

“Omikron”a yoluxma halında lazım olan dərmanlar - ADLAR

Rusiyanın əməkdar həkimi Mixail Kaqan "omikron”un ilk simptomları aşkar edildikdə lazım olan dərmanlar barədə danışıb və evdəki ilk tibbi yardım dəstində lazım ...

"Omikron"la bağlı VACİB AÇIQLAMA: əgər bu əlamətləriniz varsa...

Çikaqo Xalq Sağlamlığı Departamentinin komissarı Allison Arvady koronavirusun "omikron” ştamının ən çox görülən simptomunu açıqlayıb.  Sfera.az publi...

Marketlərdə satılan toyuqlarla bağlı şok araşdırma - Dəhşətli bakteriyalar...

Böyük Britaniyada jurnalist Morland Sandersin apardığı və telekanallardan birində yayımlanan gizli araşdırma supermarketlərdə satılan toyuq ətinin insan orqaniz...