“Omikron” ştamının əsas xüsusiyyətləri AÇIQLANDI

“Omikron” ştamının əsas xüsusiyyətləri AÇIQLANDI
"Omikron” ştamına yoluxanlar xəstəliyi nisbətən yüngül keçirirlər. Amma bu ştamın digərlərindən fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib. Onun sözlərinə görə, əvvəllər koronavirusun digər ştamları ilə yoluxanlar və vaksinasiya olunmuş şəxslər "Omikron” ştamı ilə yoluxduqda daha yüngül, bəzən simptomsuz keçirirlər:

"Təcrübə də göstərir ki, bu ştamla yoluxanların ağciyərlərində zədələnmə nisbətən az müşahidə olunur. Buna baxmayaraq, əgər qaydalara əməl edilməsə, bu ştamm zamanı da, xüsusilə peyvənd olunmamış və risk qrupuna aid olan şəxslərdə ağırlaşma halları baş verə bilər. "

R.Bayramov deyib ki, xəstələnməmək və ya yoluxduqda xəstəliyi yüngül keçirmək üçün vaksinasiya olunmaqla yanaşı, orqanizmin immun qabiliyyətini normal vəziyyətdə saxlamaq çox önəmlidir: "Xəstəliklərin inkişafında və gedişində irsi faktorların da rolu danılmazdır. Koronavirusun gedişi, xüsusilə ağır gedişli xəstələrin müşahidəsi onu deməyə əsas verir ki, burada da genetik faktorların rolu var”.

Həkim "Omikron” ştamı ilə yoluxma zamanı müşahidə edilən əsas əlamətləri də açıqlayıb:

"Bu zaman xəstədə boğaz ağrısı, boğazda quruluq və diskomfort, səsin dəyişilməsi, burun axması və tutulması, hərarətin yüksəlməsi, baş ağrısı, əzələ ağrısı və s. əlamətlər ən çox müşahidə olunur. "Omikron” ştamı ilə yoluxma zamanı klinik gedişdən asılı olaraq müalicəyə başlanılmalıdır. Amma ehtiyac olmadığı halda çoxsaylı toksiki dərman preparatlarını, o çümlədən venadaxili infuziyaları - sistemləri istifadə etmək lazım deyil. İzolyasiya olunmalı, bol ilıq maye və yalnız həkimlərin məsləhəti ilə dərman preparatı qəbul edilməlidir. Koronavirus infeksiyasının insanlara vurduğu ən böyük zərbə isə psixolojidir. Ona görə də panikaya düşməmək, müalicə həkiminin tövsiyələrinə əməl etmək vacibdir”
 
(apa)

OXŞAR XƏBƏRLƏR

Qışdan sonra orqanizmi dirçəltmək üçün UCUZ VASİTƏ

Ekspertlər insanların tərəvəz və meyvələrə nisbətən giləmeyvələri unutduğunu bildirir. Qışdan çıxmış orqanizmi dirçəltmək üçün ən faydalı giləmeyvə isə itburnud...

“Omikron” ştamının əsas xüsusiyyətləri AÇIQLANDI

"Omikron” ştamına yoluxanlar xəstəliyi nisbətən yüngül keçirirlər. Amma bu ştamın digərlərindən fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır”. S...

Pediatrdan SOS: “COVID barədə heç nəyə arxayın olmayın, peyvəndə belə”

COVİD-19-un omikron ştammına yoluxan tanınmış pediatr Aytən İsmayılzadə hər kəsi diqqətli davranmağa və peyvənd belə arxayın olmamağa səsləyib.  Sfer...

“Omikron”a yoluxma halında lazım olan dərmanlar - ADLAR

Rusiyanın əməkdar həkimi Mixail Kaqan "omikron”un ilk simptomları aşkar edildikdə lazım olan dərmanlar barədə danışıb və evdəki ilk tibbi yardım dəstində lazım ...

"Omikron"la bağlı VACİB AÇIQLAMA: əgər bu əlamətləriniz varsa...

Çikaqo Xalq Sağlamlığı Departamentinin komissarı Allison Arvady koronavirusun "omikron” ştamının ən çox görülən simptomunu açıqlayıb.  Sfera.az publi...

Marketlərdə satılan toyuqlarla bağlı şok araşdırma - Dəhşətli bakteriyalar...

Böyük Britaniyada jurnalist Morland Sandersin apardığı və telekanallardan birində yayımlanan gizli araşdırma supermarketlərdə satılan toyuq ətinin insan orqaniz...