Oliqarxdan proqnoz: "Neftin qiyməti 18 dollara düşə bilər"

Oliqarxdan proqnoz:

Dünyanın ən böyük alüminium şirkəti olan "Rusal"ın prezidenti Oleq Deripaskanın fikrincə, neftin qiyməti 18 dollar/barrelədək ucuzlaşa bilər.

AZƏRTAC "kommersant.ru"ya istinadla xəbər verir ki, Rusiyanın öndə gedən oliqarxlarından olan O.Deripaska neftin qiymətinin 18 dollaradək ucuzlaşa biləcəyini, rublun dollara nisbətdə 100 səviyyələrinə qalxacağını deyib: "Hazırkı vəziyyətin daha yaxşı hala gəlməyəcəyini anlamağımız lazımdır. Neftin qiyməti 18 dollara düşə bilər. Rubl isə dollara nisbətdə 100 səviyyələrinə çıxa bilər. Bu vəziyyətdə ölmərik. Belə bir ssenarinin reallaşa biləcəyini anlayaraq yolumuza davam etmək məcburiyyətindəyik".


OXŞAR XƏBƏRLƏR