Bağlanan bankın kartında qalan maaşların taleyi necə olacaq?

Bağlanan bankın kartında qalan maaşların taleyi necə olacaq?

Bankların bağlanması sözügedən maliyyə qurumundan aylıq məvacib almış vətəndaşların kartlarındakı pulların aqibətini  gündəmə gətirib. Əslində isə vətəndaşın bank kartında qalan aylıq məvacibi də sığortalanan əmanətlərə daxildir. Yəni həmin hesabdakı məbləğ Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış vəsait sayılır.

Sfera.az anspress-ə istinadən bildirir ki, əgər vətəndaş öz əməkhaqqını bank bağlanana qədər kartdan çıxara bilməyibsə, həmin məbləğ fond tərəfindən vətəndaşa kompensasiya olunmalıdır.

"Ümumiyyətlə vətəndaşın istənilən bankda pulu varsa, 30 mindən yuxarı deyilsə və 12%-dən çox faiz dərəcəli deyilsə, demək, həmin pul sığortalanıb. Həmin məbləğ fond tərəfindən ödənilməlidir. Nəzərə alsaq ki, əməkhaqlarına faiz gəlmir və ümumiyyətlə məbləği də 30 min böyük ehtimalla ötmür, demək, vətəndaş pulunu fonddan qanunla tələb edə bilər", - deyə Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov bildirib.   

Azərbaycanda bir neçə bankın lisenziyası ləğv edilib, bəziləri isə birləşmək qərarına gəlib. Artıq əmanətlərin sığortalanması fondu qorunan əmanətlərin qaytarılmasına başlayıb.


OXŞAR XƏBƏRLƏR