“O zaman erməniləri sülhməramlılar da qoruya bilməyəcək” – AÇIQLAMA

“O zaman erməniləri sülhməramlılar da qoruya bilməyəcək” – AÇIQLAMA
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Ankara və Bakı ilə münasibətlərin qurulması istiqamətində sülhyönümlü açıqlamalar versə də, Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın bəyanatı fərqli yöndədir. 
 
O, Azərbaycanın Qarabağın statusu ilə bağlı təkliflərinin qəbuledilməz olduğunu deyib. 

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Asim Mollazadə Qarabağda mövcud olan təxribatçı erməniləri sülhməramlıların da qoruya bilməyəcəyini deyib:
"Biz artıq qəbul etməliyik ki, onlar gündə on dəfə bir-birlərinə zidd açıqlamalar verib, oyunlar oynayırlar. Onlar bölünüb qrup şəklində müxtəlif fikirlərlə çıxş edirlər. Lakin ortada reallıq var – Azərbaycan onları sülhə məcbur edib. Burada söhbət təkcə 44 günlük müharibədən yox, ümumi siyasi reallıqlardan da gedir. Ermənistan respublikasının bir dövlət kimi mövcudluğu, xəritədə olmaqları onların sülh istiqamətində atacağı addımlarla bağlıdır. Əgər onlar sülhə doğru addım atacaqlarsa, o zaman özlərini qoruya biləcəklər. Ermənilər ərazi iddialarına son qoysalar, həm Türkiyə, həm də Azərbaycan ilə normal əlaqələr bərpa ediləcək. Əks halda onların səfalətdən başqa yolları qalmayacaq və sülhməramlılar da onlar üçün nə isə etməyəcək. Yekun müqaviləni gözləmək lazımdır”. 

Millət vəkili hərbi cinayətkarların beynəlxalq tribunala çağırılmalı olduğunu sözlərinə əlavə edib:

"Revanşistlərin arxasında erməni diasporunun faşist təfəkkürlü nümayəndələri dayanıb və onları yenidən müharibəyə, etiraz çıxışları etməyə təhrik edir. Koçaryan, Sarkisyanın törətdiyi cinayətlərlə bağlı müvafiq tribunal olmadığına görə onlar yenə də müharibə şüarları ilə meydandadırlar. Hərbi cinayətləri törətmiş həmin  klan mütləq şəkildə beynəlxalq tribunala cəlb olunmalıdır. Beləliklə, sülhə maneə yaratmaq istəyən qüvvələr ədalət məhkəməsində cavab verər və bölgədə sülh bərqərar ola bilər”. 

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...