“NÜVƏ OYUNU”: Ukraynada bu silahın istifadəsi nə qədər realdır?

“NÜVƏ OYUNU”: Ukraynada bu silahın istifadəsi nə qədər realdır?
"Ukrayna məsələsində "nüvə silahından istifadə edilə biləcəyi" mövzusu soyuq müharibə dövründəki "dəhşət balansı"nın yeni versiyasıdır”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Nazim Cəfərsoy deyib. O bildirib ki, tərəflər həmin zaman da bir-birini şeytanlaşdırmaq, balanslaşdırmaq və  qarşılıqlı böyük konvansiyonel müharibədən qaçmaq üçün nüvə amilindən istifadə edirdilər:

"Fikrimcə, indi də bənzər hadisə baş verir. Rusiya Qərbi  və NATO-nu özüylə birbaşa müharibədən çəkindirmək və Ukrayna barədə daha məhdud davranması  üçün nüvə silahı amilini xatırladır. Prosesdə "Madman" rolunu oynamaq Ukraynada Qərbin daha da irəliyə getməsinə mane olmaq üçün bu mərhələdə  Rusiyaya sərf edir. Ona görə həm aldığı qərarlarla, həm də verdiyi mesajlarla nüvə silahı barədə ikibaşlı bir yanaşma ortaya qoyur.
"Rusiyanın nüvə silahı istifadə edə biləcəyi" tezisi Qərbin işinə də iki konteksdə sərf edir. Əvvəla, beləcə Rusiyanı dünyanın gözündə daha da şeytanlaşdırmış olur. Bununla ABŞ NATO və AB-ni daha güclü formada öz liderliyi ətrafında birləşdirir. Maraqlıdır ki, Ukrayna konteksində Kremlin nüvə  imkanları müharibənin ikinci günü Britaniya müdafiə naziri tərəfindən dolaylı gündəmə gətirilib və müharibənin üçüncü günü də Putin nüvə hazırlığını həyəcan siqnalı səviyyəsinə gətirmə əmri verib”.

Politoloq qeyd edib ki, Qərbdə, xüsusilə də ABŞ-da  Rusiyaya qarşı daha da radikal addımlar atmaq üçün Baydeni təşviq etməyə çalışan dairələr var:
"Qarşımızda yeni bir dəhşət balansı nümunəsi var. Bu dəhşət balansı səbəbiylə nüvə silahlarına malik  Qərb və Rusiya diqqətli davranacaq. Bu konteksdə  Moskvanın nüvə silahından istifadəsi ehtimalını zəif ehtimal olduğunu düşünürəm. Digər tərəfdən, Rusiyanın öz sərhədindəki ölkədə nüvə silahı istifadəsi həm bəşəri, həm hərbi, həm də strateji mənada  anlamlı deyil. Üstəlik hərb meydanındakı real mənzərənin də bunu mediada göstərildiyi qədər zəruri etmədiyini düşünürəm”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...