Nəyə görə arvad kişinin sağ tərəfində yatmalıdır? – İzah

Nəyə görə arvad kişinin sağ tərəfində yatmalıdır? – İzah
Bəzən cütlüklər vərdişlərinə uyğun yataqda özlərinə rahat yeri seçirlər. Kimi sağ tərəfdə, kimi sol tərəfdə. Çox zaman isə qadın tez-tez oyandığı və uşağa baxdığı üçün qapıya tərəf yeri seçir.

Sfera.az xəbər verir ki, qədim inanclara görə, cütlüyün yataqda yatma tərzindən onların xoşbəxtliyi asılıdır.

Nənə-babalarımız hesab edərdi ki, qadın mütləq kişinin sağında yatmalıdır. Bu onunla izah edilir ki, kişinin sağ tərəfi onun ruhuna, aurasına ən yaxın hissədir və ən çox etibar etdiyi insanın yeridir. El arasında filankəs sağ əlidir ifadəsi də etibarlılıq mənasında burdan qaynaqlanıb.

Sağ əl həqiqət və əliaçıqlığın simvoludur. Müqəddəs kitaba and içəndə mütləq sağ əli kitabın üzərinə qoyarlar.
Sağ əllə görüşülür, sağ əllə uşağın başına sığal çəkilir, sağ əlin kürəyə vurulması etibar nişanəsidir.

Sol əl isə yalan simvoludur. Ona görə də, qadın kişinin sağında yatmalıdır.

Çin fəlsəfəsi fen şuya görə də qadın yataqda kişinin sağ tərəfində olmalıdır. Sağ tərəf qadın enerjisidir. Sağ tərəfdə yatdıqda qadın enerjisi ilə kişini üstələyib, onu yataqda daha əmin edə, eləcə də kişinin xəyanətinin qarşısını ala bilər.

Çin və yapon inanclarına görə, kişinin sol tərəfində yatdıqda qadının hamilə qalması və uşaq doğması çətinləşir.

Qadının sol tərəfi onun uşağının beşiyinin yeridir. O, sol əli ilə övladını sakitləşdirməli, sağ əli ilə ərinə toxunmalıdır.

Elə hesab edilir ki, intuitiv olaraq ərinə uşaq kimi yanaşan, ana yerini tutan qadın avtomatik onun sol tərəfində uzanır. Bu da cütlüyün intim energetikasını dağıdır, konfliktlərə, yataqda soyuqluğa yol açır.
 
Medicina.az/

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...