“Müharibənin qarşısını ala bilərdik, amma…” - Paşinyandan ETİRAF

“Müharibənin qarşısını ala bilərdik, amma…” - Paşinyandan ETİRAF
"Biz görürük ki, danışıqlar prosesi sürətli nəticə verməyə bilər. Lakin proses sürətli nəticə verməsə, dayana bilər. Bunun qarşısını almaq üçün hər şeyi etməliyik”. 
 
Sfera.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan deputatlara müraciətində deyib. 

Paşinyan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə toxunub:

"Biz İran və Gürcüstanla ənənəvi aktiv əlaqələrimizi intensivləşdirməyə çalışırıq, Azərbaycan və Türkiyə ilə də danışıqlara başlayırıq. Təbii ki, burada heç bir illüziyamız yoxdur. Aydındır ki, danışıqların real dialoq məqsədi ilə davam etdirilməsi zərurətdir”.

Dağlıq Qarabağda Azərbaycanla müharibənin qarşısını almaq mümkün olub-olmaması ilə bağlı suallara cavab verən Paşinyan:

"Bu gün deyirlər, siz müharibənin qarşısını ala bilərdinizmi? Biz müharibənin qarşısını ala bilərdik və nəticədə, təbii ki, itkisiz yenə eyni vəziyyətə düşərdik”,-deyə bildirib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

8 kəndin Azərbaycana qaytarılması prosesinə nə vaxt start veriləcək? - "Paşinyan elan etdi ki..."

Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı danışıb. Nazir müavini b...

Prezidentin Türkiyə səfərində nələr müzakirə ediləcək? - Gündəmdə 3 əsas məsələ var

"Regionda çox ciddi hadisələr baş verdiyi bir vaxtda iki qardaş ölkə liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında siya...

Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar...

Ermənistan 6 bəndlik yeni təkliflə nə etməyə çalışır? - "Azərbaycanın bu maddələri qəbul etməsi..."

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif  göndərib. Bu barədə erməni jurnalistlərlə söhbətində Ermə...