Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”

Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”
"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar hər iki tərəfdə var və bunlar dəyişdirilməlidir. Ermənistan Azərbaycana altı şərt irəli sürüb. Görünür, anklavlarla bağlı bənd bu təklifə salınıb”. 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Ermənistan Gədəbəy rayonundakı Başkənd anklavını nəzərdə tutur və Qazaxın bir neçə kəndini Azərbayacana qaytarmaqda maraqlı görünmür:

"Qazaxın yeddi kəndi və Naxçıvan MR Kərki kəndi sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın işinə salınmalıdır. İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyev ADA-dakı çıxışında deyib ki, Ermənistanla sərhdlərin müəyyənləşməsində məhz 1918-ci ildən başlayan xəritələr əsas  götürülməlidir. Təbii ki, bu xəritələrin əsas götürülməsi Ermənistanın anklavalarla bağlı təkliflərinə son qoyucaq. Prezidentin bu konteksdə mövqeyi məhz Ermənistanla hər hansı ərazi mübadiləsini istisna edir”. 

"Ümumiyyətlə, Ermənistanla sərhədlərin demarkasiyası uzun çəkəcək. Azərbaycan anklavlarla bağlı məsələdə Ermənistana güzəştə getməməlidir. Nikol Paşinyan daxili auditoriyadan çəkindiyi üçün bu məsələdə maraqlı deyil. Amma Ermənistan cəmiyyəti də bilməlidir ki, anklav kəndlər Azərbaycan torpaqlarıdır”, - deyə politoloq bildirib.

Turan Rzayev

OXŞAR XƏBƏRLƏR

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

8 kəndin Azərbaycana qaytarılması prosesinə nə vaxt start veriləcək? - "Paşinyan elan etdi ki..."

Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı danışıb. Nazir müavini b...

Prezidentin Türkiyə səfərində nələr müzakirə ediləcək? - Gündəmdə 3 əsas məsələ var

"Regionda çox ciddi hadisələr baş verdiyi bir vaxtda iki qardaş ölkə liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında siya...

Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar...

Ermənistan 6 bəndlik yeni təkliflə nə etməyə çalışır? - "Azərbaycanın bu maddələri qəbul etməsi..."

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif  göndərib. Bu barədə erməni jurnalistlərlə söhbətində Ermə...