Prezidentin Türkiyə səfərində nələr müzakirə ediləcək? - Gündəmdə 3 əsas məsələ var

Prezidentin Türkiyə səfərində nələr müzakirə ediləcək? - Gündəmdə 3 əsas məsələ var
"Regionda çox ciddi hadisələr baş verdiyi bir vaxtda iki qardaş ölkə liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edir”.
 
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov prezident İlham Əliyevin mayın 14-də gözlənilən Türkiyəyə səfərindən danışarkən deyib. Müsahibimiz bildirib ki, ölkə başçısının Rize-Artvin hava limanının açılışında iştirak etməyi onunla həmkarı arasında müzakirələr üçün yaxşı fürsətdir:

"Prezidentlərin haqqında fikir mübadiləsi apara biləcəkləri bir neçə məsələ var. Bunlardan biri Ermənistanla əlaqələrin normallaşmasıdır. Proseslərin sürətləndiyi bir vaxtda Ermənistanda baş verən aksiyalar daxildəki müxalifətin, həmçinin Rusiyanın proseslərə münasibətindən xəbər verir. Yəqin ki, prezidentlər Ermənistanla əlaqələrin normallaşması istiqamətindəki perspektivlər haqqında danışacaqlar.

İkinci mühüm məsələ isə, şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə olacaq. Savaş iki ay əvvəl başlayıb və tərəflər hələ də razılıq əldə etməyiblər. Səslənən bəyanatlar və baş verən proseslər onu deməyə əsas verir ki, yaxın gələcək üçün sülh gözlənilmir. Deməli, dünya dövlətləri, o cümlədən Azərbaycan və Türkiyə hadisələrə dair mövqelərini gücləndirməlidirlər. İndiyədək hər iki dövlət rəsmiləri, o cümlədən liderlər Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib və tərəfləri sülhə çağırıblar. Çox güman, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşündə də bu mövqeyin davam etdirilməsi barədə razılıq əldə olunacaq”.

K.Novruzov, həmçinin əlavə edib ki, ölkə rəhbərləri digər məsələlər, o cümlədən Dnestryanıda baş verənlər haqqında da müzakirə apara bilərlər:
 
"İstənilən halda Bakı və Ankara həmişə olduğu kimi, bundan sonra da regional və beynəlxalq məsələlərdə bağlı koordinasiyalı addımlar atacaqlar. Buna tərəflər arasında imzalanan və hər iki ölkə parlamentinin təsdiqlədiyi "Şuşa Bəyannaməsi" də şərait yaradır. Prezident İlham Əliyevin türkiyəli həmkarı ilə görüşü baş verən və gələcəkdə baş verə biləcək proseslərlə bağlı tərəflərin eyni mövqedən çıxış etmələri üçün vacib tarixi hadisə olacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

8 kəndin Azərbaycana qaytarılması prosesinə nə vaxt start veriləcək? - "Paşinyan elan etdi ki..."

Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı danışıb. Nazir müavini b...

Prezidentin Türkiyə səfərində nələr müzakirə ediləcək? - Gündəmdə 3 əsas məsələ var

"Regionda çox ciddi hadisələr baş verdiyi bir vaxtda iki qardaş ölkə liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında siya...

Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar...

Ermənistan 6 bəndlik yeni təkliflə nə etməyə çalışır? - "Azərbaycanın bu maddələri qəbul etməsi..."

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif  göndərib. Bu barədə erməni jurnalistlərlə söhbətində Ermə...