Müharibə bu bazarları "VURDU" - Ən çox bahalaşan məhsullar / SİYAHI

Müharibə bu bazarları
Rusiya-Ukrayna müharibəsi dünyada əsas məhsulların dəyərinin artmasına səbəb olub. Bəzi məhsullarda isə qiymətlər daha sürətlə artır. 

Sfera.az qiyməti sürətlə artan məhsulları araşdırıb. 

Birja məlumatlarına görə, son bir həftədə qiyməti ən çox artan məhsul buğdadır. Buğdanın dəyəri həftə ərzində 43 faiz artıb. Bir həftə əvvəl bir tonunun qiyməti 315 dollar olan buğdanın dəyəri hazırda 442 dollardır. Buğdanın bir tonu 127 dollar bahalaşıb.

Azərbaycan buğda idxal edən ölkədir və hər il xaricdən 1,3-1,5 milyon ton buğda alır. Buğdanın bahalaşması unun bahalaşmasına, unun bahalaşması isə undan hazırlanan məhsulların, o cümlədən çörəyin bahalaşmasına səbəb olur. 

Bahalaşmaya görə ikinci sırada xam neft və neft məhsullarıdır. Həftə ərzində neft qiymətləri 20 faiz, neft məhsullarından benzin 21 faiz, mazut 24 faiz dəyər qazanıb. 

Əlvan metalların qiymətində də artım güclüdür. Nikelin bir tonunun dəyəri 16 faiz artaraq 28 178 dollara, alüminiumun qiyməti 14 faiz artaraq 3 824 dollara, sinkin dəyəri 10,5 faiz yüksələrək 4 000 dollara çatıb.

Taxıl məhsullarından buğdadan başqa qarğıdalının da qiyməti xeyli artıb. Qarğıdalının dəyəri 15 faiz artmaqla 305 dollara çatıb. 

Adıçəkilən məhsullarla yanaşı həftə ərzində qiymətli metal olan palladiumun bir qramının dəyəri 17 faiz artaraq 90 dollara yüksəlib. 

Ağacın qiymətində 11 faizdən çox artım müşahidə edilib.

Ümumilikdə kakao, kofe, balıq və balıq məhsulları istisna olmaqla bütün ərzaq və qeyri-ərzaq məhsullarında qiymət artımı baş verib. 

Vasif

OXŞAR XƏBƏRLƏR

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyir

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb. Sfera.az bildirir ki, hər il zərər edən AZAL pand...

Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili böyük zərərlə başa vurub. İlk baxışdan bu, mənfi hal kimi görünsə də, əslində AMB-nin zərər etməsi müsbət göstəricidi...

Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır. ...

Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?

Bu həftənin ilk günündə Çikaqo birjasında buğdanın dəyərində növbəti kəskin artım qeydə alınıb. Ötən həftənin sonu bir tonu 429 dollara satılan buğdanın qiyməti...

Azərbaycanda maaşlar artdı - Orta əmək haqqı 800 manatı keçdi

2022-ci il aprelin 1-i vəziyyətinə ölkəmizdə muzdla (əmək haqqı ilə) çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz ar...

Taxıl məhsulları bioyanacaq üçün istifadə edilir... – Dünyanı gözləyən aclıq böhranının SƏBƏBLƏRİ

Bu yaxınlarda Britaniyanın məşhur supermarket şəbəkələri (Tesco, Morrisons və Waitrose) tədarük çatışmazlığı və böhranın kəskinləşməsi qorxusu səbəbindən yemə...