“Monitorinq Mərkəzindən problem həll etməsini gözləmək doğru deyil” – Türkiyəli hərbi ekspertlə MÜSAHİBƏ

“Monitorinq Mərkəzindən problem həll etməsini gözləmək doğru deyil” – Türkiyəli hərbi ekspertlə MÜSAHİBƏ
Qarabağdakı son durum, bölgədə gərginləşən münasibətlər sistemi və bundan çıxış yolları ilə bağlı Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar Sfera.az-a müsahibə verib.

Onun fikirlərini təqdim edirik.


- Laçında keçirilən hərbi təlimlər başda Ermənistan olmaqla, bir çox dövlətləri narahat edib. Azərbaycan və Türkiyənin indiki halda belə bir hərbi təlim keçirməsinin səbəbləri nədir?

- Azərbaycanın beynəlxalq hüquqla tanınan torpaqlarında Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi heç kəsi narahat etməməlidir. Ermənistanın bundan narahat olması isə xüsusilə yersiz və mənasızdır. Bu gün Ermənistanın dövlət sərhədlərini Rusiya hərbiçiləri qoruyur və rəsmi İrəvan faktiki olaraq, Rusiyanın daxili subyektlərindən biri halına gəlib. Belə bir ölkənin Azərbaycana hər hansı məsələ ilə bağlı irad bildirmək və ya etiraz etmək haqqı yoxdur.
Azərbaycanın öz torpaqlarında Türkiyə ilə birgə hərbi təlimlər keçirməsində qeyri-adi heçnə yoxdur. İki ölkə arasında imzalanan müvafiq hərbi razılaşmalara əsasən silahlı qüvvələrin birlikdə təlim keçməsi mümkündür.
 
- Rusiya sülhməramlılarının komandanı R.Muradovun səlahiyyət müddəti başa çatıb və onu bu vəzifədə general-mayor Mixail Kosobokov əvəz edir. Budan dərhal sonra isə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın yeni komandan və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının komandiri polkovnik Dmitri Ovçarovla birlikdə görüşüb. Bu görüşü rəsmi Bakı və Ankaraya verilən mesaj kimi dəyərləndirmək olarmı?

- Ermənistan Baş naziri Nikol Paşinyanın son günlər səsləndirdiyi fikirlər olduqca müsbətdir. Parlament seçkiləri öncəsi proseslərə baxdıqda biz onun mövcud gərginliyi düzəltmək üçün vaxt istədiyini xatırlayırıq. İstənilən halda Paşinyanın sülhə nə qədər maraqlı olduğunu qarşıdakı günlərdə göstərəcək.
Türkiyə və Azərbaycanın mövqeyinə gəldikdə isə bu hər kəsə bəllidir. Hətta Ermənistan bir müddət öncə dövlət sərhədində kifayət qədər ciddi gərginlik yaratdığı halda Azərbaycan və Türkiyə buna cavab olaraq yenə də bu ölkəyə sülh və əməkdaşlıq əlini uzatdı.
 
Düşünürəm, bu gün regionda sülhün qorunması, ölkələrarası əməkdaşlığın formalaşmasında Rusiya da maraqlıdır. Hətta Ermənistanın son günlər sərgilədiyi sülhə meyilli davranışı da bundan irəli gəlir. Bu mənada tərəflər arasında müəyyən görüşlərin keçirilməsi normaldır. Digər tərəfdən, regionun həssaslığı Türkiyə ilə Rusiya arasındakı münasibətlərə təsir edir. Xüsusilə, bu, iki ölkə arasında digər sahələrdəki əməkdaşlığa təsir edir.
Türkiyə hazırda regionda 6-lıq platforma yaranmasında maraqlıdır. Rusiya, Ermənistan, Gürcüstan, İranın bu əməkdaşlığa nə qədər maraqlı olduğunu isə yenə zaman göstərəcək.
 
- Abdullah bəy, bu gün Azərbaycan ictimaiyyətində belə bir düşüncə hakimdir ki, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi fəaliyyətsizdir. Hər halda görünən odur ki, regiondakı Türkiyə hərbçiləri Rusiya sülhməramlıları ilə müqayisədə daha passivdir...

- Tərəflər arasında imzalanan 10 noyabr bəyanatı var. Bu bəyanata görə, Qarabağın Azərbaycan torpağı olduğunu Rusiya da qəbul edib. Digər tərəfdən, cənab İlham Əliyevin bu gün Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərlə bağlı ciddi gözləntiləri var. Müharibədən sonra bölgədəki mövcud durumu nəzərə alan Azərbaycan Qarabağın ermənilər yaşayan ərazilərində Rusiya sülhməramlılarının müvəqqəti yerləşməsini qəbul etdi. Ancaq Xocalı, Xankəndi, Xocəvanəd bunlar Azərbaycan torpaqlarıdır.
 
Qeyd etdiyim ərazilərdə nəzarəti həyata keçirmək üçün Rusiya-Türkiyə birgə monitorinq mərkəzi yaradılıb və bu gün də fəaliyyətini davam etdirir. Mən Monitorinq Mərkəzinin fəaliyyətsizliyi fikri ilə razı deyiləm. Monitorinq Mərkəzində müntəzəm olaraq Qarabağda baş verən hadisələr izlənilir, qeyd edilir və müvafiq ölkə rəhbərliklərinə məlumat verilir. Birgə Monitorinq Mərkəzindən konkret problem həll etməsini gözləmək dorğu deyil. Mərkəz sadəcə olaraq, baş verən prosesləri izləyir, qeyd edir və ölkələrin atacaqları addımları formalaşdırmaları üçün lazımi məlumatları aidiyyatı üzrə ötürür”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

ARDNF: "Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir"

Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktorunun müşaviri Bəhruz Bəhramov "Report”a müsahibə verib: Sfera.az sözügedən müsahibəni təqdim edir: - Dün...

“Heç kəs deyə bilməz ki, Surxayın ata-anasının yasına pul vermişəm” – Hacı Surxay Məmmədli ilə MÜSAHİBƏ

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli Sfera.az-a müsahibə verib.   Müsahib Ramazan ayının başlanma və bitmə tarixi,...

“Kəramət Böyükçöl həddini aşmışdı, ödəyəcəyi pulu...” – Mehriban Zeynalova ilə MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır. Müsahibimiz əməkdaşımızla söhbətləşərkən şiddə...

“İldə bir dəfə 40 günlük çəkilişdə olsam, mənə ilyarım bəs edir” - Məşhur aktyorla VİDEOMÜSAHİBƏ

Sfera.az saytının bu dəfəki qonağı aktyor, dramaturq Kamran Ağabalayevdir. Adətən səmimi fikirləri, açıqsözlülüyü ilə seçilən müsahibimiz əməkdaşımızla sö...