Mayk Tayson təyyarədə fanatını döydü - VİDEO

Mayk Tayson təyyarədə fanatını döydü - VİDEO
Əfsanəvi boksçu Mayk Tayson fanatını döyüb.

Sfera.az bildirir ki, hadisə San Fransisko Beynəlxalq Hava Limanından Floridaya gedən təyyarədə baş tutub. Belə ki, əvvəlcə Tayson onunla şəkil çəkdirmək istəyən pərəstişkarını incitməyib. Lakin onun arxa oturacağında əyləşən bu şəxs, 55 yaşlı əfsanəvi boksçunu narahat etməyə başlayıb və bu, gərginliyə səbəb olub. Gənc adamın hərəkətləri Mayk Taysonu özündən çıxarıb və dözə bilməyən idmançı fanatını yumruqlamağa başlayıb.

Əfsanəvi boksçu ilə pərəstişkarı arasında baş verən bu döyüş qısa zamanda sosial mediaya düşüb. Kadrlarda Mayk Taysonun bir nəfərə yumruq atdığı görüntülənib. Onu dayandırmaq istəyən biri, "Hey Mayk! Dayan", deyə qışqırdığı eşidilib. Hadisələri videoya çəkən şəxsin isə, "Oğlum Mayk Tayson tərəfindən döyüldü. Bəli, o, dəli oldu. Sadəcə imza istəyirdi. Nə baş verdiyini anlamadıq", - deyə bildirib.

Boksçunun bu hərəkətindən sonra onun yaxın ətrafından açıqlamalar gəlib. Bildirilib ki, sərnişin sərxoş olub və Taysonu yumruqlamağa təhrik edib. Təyyarədə olan sərnişinlər Maykın hadisədən sonra təyyarədən düşdüyünü deyiblər. Qeyd olunub ki, yumruq zərbəsi alan və qan içində qalan  sərnişinə tibbi yardım göstərilib, daha sonra o, polis tərəfindən dindirilib.


Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mayk Tayson təyyarədə fanatını döydü - VİDEO

Əfsanəvi boksçu Mayk Tayson fanatını döyüb. Sfera.az bildirir ki, hadisə San Fransisko Beynəlxalq Hava Limanından Floridaya gedən təyyarədə baş tutub. Bel...

Maradonanı həkimləri öldürüb? – Onu müalicə edən şəxslər mühakimə olunacaq

Dieqo Maradonanı müalicə edən 8 həkim ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq. Sfera.az xəbər verir ki, bu haqda məlumatı...

Qələbədən daha vacib ləyaqəti üstün tutan 50 yaşlı Qurban Qurbanov - VİDEO

Bu gün "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ad gününü qeyd edir. Azərbaycan futbolunun ən parlaq simalarından olan mütəxəssisin 50 yaşı tamam olur. Sfera....

Ronaldo uşaqlarına baxdığı üçün sevgilisinə hər ay 100 min avro pul verir

"Mançester Yunayted"in dünyaca məşhur ulduzu Kriştiano Ronaldo maraqlı iddia ilə gündəmə gəlib.   Sfera.az bildirir ki, futbolçunun sevgilisi Corcina Rod...

Məşhur futbolçu Almaniyaya qaçdı - Putin barədə elə sözlər dedi ki...

Bir zamanlar "Liverpul"un əfsanəvi futbolçusu olmuş Andriy Voronin Rusiyanı tərk edib.    Sfera.az bildirir ki, buna səbəb ukraynalı məşqçinin Putin...

Ukraynalı döyüşçüdən Həbib Nurməhəmmədova sərt tənqid: "Namus və imandan danışırdın..."

İdman dünyasının bir çox tanınmış simaları Rusiyanın Ukraynaya hücumlarını pisləsələr də, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi H...