Məşhur futbolçu Almaniyaya qaçdı - Putin barədə elə sözlər dedi ki...

Məşhur futbolçu Almaniyaya qaçdı - Putin barədə elə sözlər dedi ki...
Bir zamanlar "Liverpul"un əfsanəvi futbolçusu olmuş Andriy Voronin Rusiyanı tərk edib. 
 
Sfera.az bildirir ki, buna səbəb ukraynalı məşqçinin Putin haqqında sərt açıqlamalar verməsi olub. Məlumata görə, Moskva "Dinamo”sunda baş məşqçinin köməkçisi olan Voronin Almaniyaya qaçıb. Onun Putin haqqında dedikləri isə gündəm olub.

Belə ki, Andriy Almaniyanın "Bild” nəşrinə danışıb. O, "Putin bir məxluqdur. Dünya bu canlını dayandırmalıdır. Ölkəmizə kömək edin, hamımız üçün ağırdır. Biz dünya müharibəsində deyilik, 2022-ci ildəyik.  Putini dayandırın və  həyatımıza geri qayıdaq”, - deyə söyləyib.

Qeyd edək ki, Andrey Voronin ötən həftə Rusiyanın "Dinamo" (Moskva) klubundan ayrılıb. 43 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Voronin 2020-ci ilin oktyabrından məşqçilər korpusunda yer alıb. Keçmiş hücumçu daha əvvəl 2010 - 2014-cü illərdə paytaxt klubunun formasını geyinib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mayk Tayson təyyarədə fanatını döydü - VİDEO

Əfsanəvi boksçu Mayk Tayson fanatını döyüb. Sfera.az bildirir ki, hadisə San Fransisko Beynəlxalq Hava Limanından Floridaya gedən təyyarədə baş tutub. Bel...

Maradonanı həkimləri öldürüb? – Onu müalicə edən şəxslər mühakimə olunacaq

Dieqo Maradonanı müalicə edən 8 həkim ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq. Sfera.az xəbər verir ki, bu haqda məlumatı...

Qələbədən daha vacib ləyaqəti üstün tutan 50 yaşlı Qurban Qurbanov - VİDEO

Bu gün "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ad gününü qeyd edir. Azərbaycan futbolunun ən parlaq simalarından olan mütəxəssisin 50 yaşı tamam olur. Sfera....

Ronaldo uşaqlarına baxdığı üçün sevgilisinə hər ay 100 min avro pul verir

"Mançester Yunayted"in dünyaca məşhur ulduzu Kriştiano Ronaldo maraqlı iddia ilə gündəmə gəlib.   Sfera.az bildirir ki, futbolçunun sevgilisi Corcina Rod...

Məşhur futbolçu Almaniyaya qaçdı - Putin barədə elə sözlər dedi ki...

Bir zamanlar "Liverpul"un əfsanəvi futbolçusu olmuş Andriy Voronin Rusiyanı tərk edib.    Sfera.az bildirir ki, buna səbəb ukraynalı məşqçinin Putin...

Ukraynalı döyüşçüdən Həbib Nurməhəmmədova sərt tənqid: "Namus və imandan danışırdın..."

İdman dünyasının bir çox tanınmış simaları Rusiyanın Ukraynaya hücumlarını pisləsələr də, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi H...