Maddi sıxıntıya düşən Ayseldən partlayış günündən daha bir PAYLAŞIM - VİDEO

Maddi sıxıntıya düşən Ayseldən partlayış günündən daha bir PAYLAŞIM - VİDEO
"Bir azdan yenə əməliyyata gedəcəyəm. Yanımda bir qız var idi, o, dünyasını dəyişdi. Baxmayaraq ki, o məndən fərqli olaraq yanğından daha uzaq idi. Deyirlər ki, "Pis insana heç nə olmur”. Bəlkə də mən pis insanam. Bu hadisə məni çox sarsıtdı. Allah yazısıdır. Bəxtimizə nə yazılıbsa, o da olacaq. Yaşayıram, amma yaşadıqlarımı unuda bilmirəm”.
 
Bu sözləri "Location” gecə klubunda baş verən partlayışda ciddi yanğın xəsarətləri alan məşhur bloqer Aysel Şükürova sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.

Bloqer onun bu dar günündə arxa çevirən qohumlarına qarğış edib:
 
"Mənim bu ağır günümdə, qan bağı olan qohumlarım hər zamankı kimi məni saymadı. Ayıbı yoxdur, Allah bəlalarını versin. Onlara həmişə nifrət etmişəm.
Nifrət eləməyə də davam edəcəyəm. Öz pisliklərində boğulsunlar”.
 
Səhhətindən söz açan Şükürova bunları söyləyib.
 
"Yuxu dərmanları atıram, key kimiyəm. Düzələcəyəm və daha da yaxşı olacağam. Ayağımdakı yanıqlarım 6 aya sağalacaq. Ayaqlarımdan savayı əllərim, üzüm də yanıb. Yavaş-yavaş üzümlə, əllərim sağalır. Ayaqlarıma görə, bəlkə Türkiyəyə getdim. Orada əməliyyat etdirəcəyəm.”
 
Bloqer hazırda maddi sıxıntılar çəkdiyini də dilə gətirib:
 
"Maddi cəhətdən çox çətinlik çəkdim. Çünki mən tək qadınam, üç uşağa baxıram. Ailəm, yaxın dostlarım mənə maddi köməklik etdilər”.
 
Şükürova partlayış günündən olan videogörüntüləri paylaşıb. Görüntülərdə klubda rəqqasə olan Seneqal vətəndaşı da var.
 
Sözügedən videonu təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR

Məşhur müğənnidən ürək dağlayan PAYLAŞIM - VİDEO

Müğənni Zenfira İbrahimova ürək dağlayan paylaşım edib. Sfera.az xəbər verir ki, bu gün doğum günü olan ifaçı vəfat edən anasının səs yazısını sosial m...

"Avroviziya-2022” mahnı müsabiqəsinin finalı - CANLI

İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico”da "Eurovision 2022” mahnı müsabiqəsinin finalı keçirilir.   Sfera.az xəbər verir ki, Turi...

Murad Dadaşovdan inanılmaz görüntü...- FOTO

Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov yeni görüntüsü ilə hər kəsi təəccübləndirib.   Sfera.az xəbər verir ki, M.Dadaşovun bu gün Şuşada çək...

Zülfiyyə Xanbabayevadan ETİRAF: “Efirə çıxdığım üçün qırğın oldu” - VİDEO

"Valideynlərim məni səhnəyə qoymurdular, müğənni olmağımı istəmirdilər”.   Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva AzTV-də yayımlanan "Görüş...

Təranə Səmədova CƏRİMƏLƏNDİ - Polisə müqavimət göstərib

Tanınmış prodüser Təranə Səmədova polisə müqavimət etdiyinə görə cərimələnib.   Bu barədə qərar Abşeron Rayon Məhkəməsində elan olunub.   Qərar...

Azərbaycanda müğənniyə hökm oxundu: 6 ay müddətində...

Müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətə baxılıb. Sfera.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimov...