Təranə Səmədova CƏRİMƏLƏNDİ - Polisə müqavimət göstərib

Təranə Səmədova CƏRİMƏLƏNDİ - Polisə müqavimət göstərib
Tanınmış prodüser Təranə Səmədova polisə müqavimət etdiyinə görə cərimələnib.
 
Bu barədə qərar Abşeron Rayon Məhkəməsində elan olunub.
 
Qərara əsasən, T.Səmədovanın barəsində 200 manat məbləğində cərimə edilib.
 
Qeyd edək ki, prodüser Abşeron rayon ərazisində şəxsi münasibətlər zəminində tanışı ilə mübahisə edib. Daha sonra onun barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət daxil olub. Polis əməkdaşları tərəfindən o, bölməyə dəvət edilib. Lakin T.Səmədova polisə müqavimət göstərib.
 
T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
 
Xatırladaq ki, T.Səmədova 2019-cu ildə Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
 
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.
 
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ali Məhkəmənin qərarı ilə T.Səmədova azadlığa buraxılıb./Report/

OXŞAR XƏBƏRLƏR

Məşhur müğənnidən ürək dağlayan PAYLAŞIM - VİDEO

Müğənni Zenfira İbrahimova ürək dağlayan paylaşım edib. Sfera.az xəbər verir ki, bu gün doğum günü olan ifaçı vəfat edən anasının səs yazısını sosial m...

"Avroviziya-2022” mahnı müsabiqəsinin finalı - CANLI

İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico”da "Eurovision 2022” mahnı müsabiqəsinin finalı keçirilir.   Sfera.az xəbər verir ki, Turi...

Murad Dadaşovdan inanılmaz görüntü...- FOTO

Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov yeni görüntüsü ilə hər kəsi təəccübləndirib.   Sfera.az xəbər verir ki, M.Dadaşovun bu gün Şuşada çək...

Zülfiyyə Xanbabayevadan ETİRAF: “Efirə çıxdığım üçün qırğın oldu” - VİDEO

"Valideynlərim məni səhnəyə qoymurdular, müğənni olmağımı istəmirdilər”.   Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva AzTV-də yayımlanan "Görüş...

Təranə Səmədova CƏRİMƏLƏNDİ - Polisə müqavimət göstərib

Tanınmış prodüser Təranə Səmədova polisə müqavimət etdiyinə görə cərimələnib.   Bu barədə qərar Abşeron Rayon Məhkəməsində elan olunub.   Qərar...

Azərbaycanda müğənniyə hökm oxundu: 6 ay müddətində...

Müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətə baxılıb. Sfera.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimov...