Küçələrdə yarıçılpaq qızların rəqsi Səudiyyə Ərəbistanını ayağa qaldırdı - VİDEO
14:17 / 12.01.2022
1929
Səudiyyə Ərəbistanının səlahiyyətli şəxsləri mühafizəkar
düşüncəli insanların yaşadığı Cizan şəhərində gözlənilməz olay yaşanıb. Belə ki, sözügedən şəhərdə keçirilən turizm festivalında
samba rəqqasələrinin ayaqları və bellərini açıq saxlayan paltarlarda rəqsi yerli əhalinin və hakimiyyət orqanlarının ciddi etirazlıarına səbəb olub.
Sfera.az xəbər verir ki, şəriət qaydalarının tətbiq
olunduğu Səudiyyə Ərəbistanında Cizan küçələrində yarıçılpaq halda rəqs edən 3
qadın sambaçı heyrətlə qarşılanıb.
Səlahiyyətlilər hazırda rəqqasələrin ayaqları və
bellərini açıq saxlayan geyimdə küçədə necə çıxış edə bildiklərini araşdırır.
Şou ölkədə böyük əks-səda doğursa da, mediada bu görüntü rəqqasələrin
senzura olunmuş fotoları ilə birlikdə yayımlanıb.
Son illərdə Səudiyyə Ərəbistanında çoxillik
qadağalardan sonra konsert, teatr və kino kimi fəaliyyətlərə icazə verilməsi, xüsusilə gənclər arasında müsbət
qarşılanır.
Əzizə Zeynal