Koronovirusdan sağalanlarda bu psixi problemlər yaranır – Həkim rəyləri

Koronovirusdan sağalanlarda bu psixi problemlər yaranır – Həkim rəyləri
COVID-19 virusuna yoluxan və sağalan insanlarda psixi pozğunluqlar müşahidə edilib. Bu qənaət bir neçə həkimin müayinələrindən sonra formalaşıb. 

Sfera.az REN TV-yə istinadən xəbər verir ki, xəstəlikdən sağalan insanlar kəskin və ya uzun sürən psixozla qarşılaşa bilər. 

Serbiya Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin baş direktoru Zurab Kekelidzenin sözlərinə görə, xəstəlikdən sonra insanlarda əsəbilik və gərginlik yaranır. 

"COVID-19 xəstələrinin çoxu sağalandan sonra deyir ki, onlarla hər şey yaxşıdır. Adi həyata daxil olanda isə müəyyən pozğunluqlar görünür. Məsələn, bəzi obyektlərin adlarını və ya hansı hərəkətləri etməli olduqlarını unudurlar", - deyə həkim bildirib.

Psixiatr Olqa Buxanovskaya qeyd edib ki, xəstələrdə şizofrenik psixoz və bipolyar affektiv pozğunluqlar da yarana bilər. O bunun sinir hüceyrələri də daxil olmaqla, hüceyrələrin uzun müddət oksigensiz qalması ilə əlaqədar olduğunu izah edib.
 
Rusiya Federal Neyrocərrahiyyə Mərkəzinin neyroreabilitasiya şöbəsinin müdiri Qalina İvanova isə hesab edir ki, xəstələrin böyük əksəriyyətinin koronavirusdan sonra psixoloji vəziyyətinin normallaşması üçün reabilitasiyaya ehtiyac var.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...