Koronavirus keçsə belə, bu simptomlar aylarla qala bilir

Koronavirus keçsə belə, bu simptomlar aylarla qala bilir
Koronavirus 2-3 həftədən sonra tamamilə yox olur. Lakin uzunmüddətli COVİD-19 sindromunda vəziyyət fərqlidir.
 
Sfera.az xəbər verir ki, nevroloq, həkim Ece Balkuv COVİD-19 ilə bağlı nevroloji problemlərdən danışıb.

Baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, qoxu və dad pozğunluqları ən çox rast gəlinən erkən nevroloji əlamətlərdir. Qoxu və dadın pozulması COVİD-19 infeksiyası üçün tipik və geniş tanınan simptomlardır.
 
Baş ağrısı və başgicəllənmə isə hər 6-7 xəstədən birində müşahidə olunur. Daha az tez-tez serebrovaskulyar xəstəliklər və epileptik tutmalar da müşahidə edilə bilər. Mənim izlədiyim 2 belə hal olub. Xəstələr bizə epilepsiya ilə də müraciət ediblər. Müayinələr zamanı COVID-19-u müəyyən etmişik. Bu, çox narahatedicidir, çünki koronavirus zamanı tənəffüs yolu ilə yoluxan xəstəliklər yüngül ola bilər, lakin beynin tutulması insult yarada biləcək xəstəliklər ağır simptomlardır.

Baş ağrısı, başgicəllənmə, qoxu və dadın itməsi kimi ümumi şikayətlər adətən xəstəliyin şiddətinin azalması ilə yox olur. Ancaq daha çox qarşılaşdığımız "post-COVİD sindromu" reallığı var.  Koronavirusdan sağaldıqdan sonra 12-ci həftə və sonrasında simptomların davam etməsini "post-COVİD sindromu” adlandırırıq. Bu vəziyyətdə bəzi insanlar koronavirusdan sağalsa da baş ağrısı, yuxusuzluq, narahatlıq, dad və qoxu itkisi kimi nevroloji şikayətlər davam edir. 100 xəstədən təxminən 10-da uzun müddət COVID-19 müəyyən olunur.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...