Kadırov rəqibini nokauta salan Zabit Səmədovu təbrik etdi

Kadırov rəqibini nokauta salan Zabit Səmədovu təbrik etdi
Azərbaycanlı kikboksçu Zabit Səmədov Belarusun paytaxtı Minskdə növbəti döyüşünü keçirib.

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, "Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – "Mauqli” ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.

Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Zabit Səmədovu bu qələbə münasibətilə təbrik edib. Sosial şəbəkədə fikirlərini bölüşən R.Kadırov Z.Səmədov və "Axmat" klubunun digər üzvlərinin gözəl və inamlı qələbələr qazandıqlarını bildirib. O, qələbələrə sevindiyini vurğulayaraq, azarkeşlərin də məmnun olduqlarına əminlik ifadə edib: "Zabit Səmədova və Çeçenistan Respublikası Kikboksinq Federasiyasının prezidenti Məhəmməd-Əmi Əhmədova yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürümü bildirir, bütün qalibləri gözəl nəticələri münasibətilə təbrik edirəm. Hamınıza uğurlarınızın davamını arzulayıram".
 

 

OXŞAR XƏBƏRLƏR

Azarkeşin məsləhəti Rəşad Sadığovu özündən çıxardı - "Qaqaş, başın gedib sənin?" - VİDEO

  "Qarabağ"ın son oyunlarında azarkeşlər tərəfindən ən çox tənqid edilən futbolçu klubun kapitanı Rəşad Sadıqov oldu. Sfera.az  xəbər verir ki,...

Ronaldo yoxsul uşaqlığını xatırladı, şok faktlar açıqladı: “Restoranda artıq qalan yeməkləri...”

"Yuventusun" hücumçusu Kriştianu Ronaldo "Good Morning America” proqramının aparıcısı Pirs Morqana müsahibəsində uşaqlıqda "Sportinq" akademiyasında təh...

Abdulbari Goozal “Qarabağ”dan imtina edir?!

"Qarabağ” klubu maliyyə dayağı olan "Azərsun Holding” şirkətini itirmək üzrədir. Şirkət rəhbəri Abdulbari Goozal "Qarabağ”a maliyyə axınını dayandırmağı düşünür...

AFFA Qurbanovu təkzib etdi: Təzminatdan imtina etməyib

Millimizin sabiq baş məşqçisi Qurban Qurbanov AFFA-nın onunla bağlanan müqaviləyə vaxtından əvvəl xitam verməsinə görə təzminat almayıb.  Sfera.az b...

İlham Əliyev məşhur futbolçu ilə görüşdü - FOTO

Prezident İlham Əliyev dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - "Bakutel-...

Kadırov rəqibini nokauta salan Zabit Səmədovu təbrik etdi

Azərbaycanlı kikboksçu Zabit Səmədov Belarusun paytaxtı Minskdə növbəti döyüşünü keçirib. Sfera.az virtualaz.org-a istinadən bildirir ki, "Axmat” ...