Ronaldo yoxsul uşaqlığını xatırladı, şok faktlar açıqladı: “Restoranda artıq qalan yeməkləri...”

Ronaldo yoxsul uşaqlığını xatırladı, şok faktlar açıqladı: “Restoranda artıq qalan yeməkləri...”


"Yuventusun" hücumçusu Kriştianu Ronaldo "Good Morning America” proqramının aparıcısı Pirs Morqana müsahibəsində uşaqlıqda "Sportinq" akademiyasında təhsil alan dostları ilə birgə "Мakdonalds" əməkdaşlarından pulsuz burger istədiklərini etiraf edib.

  

Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, sözügedən müsahibədə məşhur futbolçu o zaman 12 yaşı olduğunu, ailəsindən uzaqda yaşadığı üçün həm mənəvi, həm də maddi korluq çəkdiyini xatırlayıb. Pulları olmadığından hər axşam "Maskdonalds”a gedib satıcı xanımlardan artıq qalan yeməkləri istəyən dostalar heç vaxt ordan əliboş qayıtmırlarmış.

 

"Mən Portuqaliyanın dörd bir yanından olan oyunçularla birgə Lissabonda yaşayırdım. Ailəsiz mənimçün çətin idi”,- deyə, hücumçu xatırlayır.

 

Xatırladaq ki, Ronaldu 5 dəfə "Qızıl top” mükafatına layiq görülüb, eləcə də Çempionlar Liqasının beşqat qalibi, İngiltərə, İspaniya və İtaliya çempionudur. 2016-cı ildə hücumçu Portuqaliya yığması ilə birgə Avropa birinciliyini qazanıb. Ronaldo Portuqaliyanın Madeyra adasında anadan olub, karyerasına isə Lissabonun "Sportinq”ində başlayıb.

  

Tomris

Sfera.az