Japarovun Bakı səfərinin kodları – Qırğız lider niyə gəlmişdi?

Japarovun Bakı səfərinin kodları – Qırğız lider niyə gəlmişdi?
"Japarovun Bakıya səfəri yeni dünya nizamında özünə həlledici mövqe tutmağa çalışan Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi baxımından önəmlidir. Düzdür, Qırğzıstanın türk dövlətləri içərisindəki potensialı digərlərinə nisbətən zəifdir, bununla belə ikitərəfli münasibətlərin inkişafı zəruridir”. 
 
Bu sözləri Sfera.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Japarovun səfərinin hansı hədəflərə hesablandığını təyin etmək üçün bəzi məqamlara diqqət yetirmək lazımdır:
"Azərbaycan Cənubi Qafqazdakı postmünaqişə reallıqlarında atdığı addımları strateji müttəfiqi Türkiyənin "ayaq səsləri” ilə uzlaşdırır. Eynilə Ankara da analoji mövqedən çıxış edir. Bu, həm Şuşa Bəyannaməsinin maddəalarını tələblərindən, həm də onun da fövqündə dayanan, lakin açıqlanmayan bəzi məsələlərin məğzindən irəli gəlir. Buna görə də, Bakı-Bişkek münasibətlərinin mövcud dünya nizamdakı əlaqələrini Türkiyə-Qırğızıstan amili kontekstində dəyərləndirmək lazımdır”. 

Ekspertin sözlərinə görə, Türkiyə ilə Qırğızıstan bir neçə il öncə bir-birindən soyuyan siyasətə imza atmışdı: 

"Bununla belə bu, iki ölkənin strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrinə zərbə vurmadı. Türkiyə regional güc olduğundan Qırğızıstanın təhlükəsizliyinə sərmayə yatırır və bu ölkədə sabitliyin, inkişafın qorunmasında maraqlıdır. Əlaqələrin çərçivəsi siyasi və institusional transformasiya prosesini sürətləndirir. Lakin Qırğızıstan Mərkəzi Asiya bölgəsinin "barıt çəlləyi” halına gəlməsindən doğan risklərlə də üz-üzədir.  Ümumilikdə Mərkəzi Asiyada strateji maraqları olan Türkiyə maksimum dərəcədə perspektiv risklərə qarşı sədd çəkməyə çalışır və Azərbaycanın da prosesdəki siyasi rolunu iqtisadi əsaslarla regiona gətirir.  Buna görə də Azərbaycanla Türkiyə bundan sonra Qırğızıstanda qarşılıqlı müştərək iqtisadi maraqlar müəyyən etməli və iqtisadi-siyasi əsaslarla da TDT-dəki mövqelərini möhkəmləndirəcək”. 

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

8 kəndin Azərbaycana qaytarılması prosesinə nə vaxt start veriləcək? - "Paşinyan elan etdi ki..."

Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı danışıb. Nazir müavini b...

Prezidentin Türkiyə səfərində nələr müzakirə ediləcək? - Gündəmdə 3 əsas məsələ var

"Regionda çox ciddi hadisələr baş verdiyi bir vaxtda iki qardaş ölkə liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında siya...

Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar...

Ermənistan 6 bəndlik yeni təkliflə nə etməyə çalışır? - "Azərbaycanın bu maddələri qəbul etməsi..."

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif  göndərib. Bu barədə erməni jurnalistlərlə söhbətində Ermə...