İpoteka predmeti olan evlərə görə əmlak vergisi ödənilir?

İpoteka predmeti olan evlərə görə əmlak vergisi ödənilir?
Vergi Məcəlləsinə əsasən, xüsusi mülkiyyətdə olan tikiliyə görə bələdiyyəyə əmlak vergisi ödənilməlidir. Belə ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir.
 
Sfera.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergiödəyicilərinə verilməlidir.
 
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergiödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
 
Fiziki şəxsin mülkiyyətindəki və ipoteka predmeti olan yaşayış sahəsinin əmlak vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb.  

OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə birdəfəlik müavinət ödəniləcək

"Ölkəmizdə pandemiyanın təsirləri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əs...

Pensiyaya çıxacaq şəxslərin DİQQƏTİNƏ! Bu ildən belə olacaq - VİDEO

Pensiyalarla bağlı yeni qaydalar müəyyənləşib. Milli Məclisin iclasında "əmək pensiyaları", "sosial müavinətlər", "onkoloji yardım" və "dağınıq skleroz xəstəliy...

Azərbaycanda bu məhsullar da kəskin bahalaşdı - VİDEO

Mağazalarda kolbasa və sosislərin qiymətləri kəskin artıb. Alıcılar qiymət artımının birdən-birə bu qədər yüksək olmasından narazıdırlar. Hətta bahalaşmanın 50 ...

Sahibkarlıq fəaliyyəti olmayan vergiödəyicisi bəyannamə təqdim etməlidirmi?

Hesabat dövründə heç bir fəaliyyəti olmayan vergiödəyicisi həmin dövr üçün bəyannaməni vaxtında təqdim etmədikdə ona maliyyə sanksiyası tətbiq olunacaqmı? &...

Əlilliyin təyini qaydaları dəyişir - VİDEO

Bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əlillik dərəcəsinin təyini qaydaları dəyişdirilir. Yeni qaydalar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmu...

Mərkəzi Bank ehtiyatlarını hansı valyutada saxlayır?

Azərbaycan Mərkəzi Bankı ehtiyatlarının valyuta strukturunu açıqlayıb.  Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il Mərkəzi Bank avro ilə ...