Mərkəzi Bank ehtiyatlarını hansı valyutada saxlayır?

Mərkəzi Bank ehtiyatlarını hansı valyutada saxlayır?
Azərbaycan Mərkəzi Bankı ehtiyatlarının valyuta strukturunu açıqlayıb. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il Mərkəzi Bank avro ilə olan investisiyalarını bir qədər də azaldıb. İlin yekununda bankın rəsmi valyuta ehtiyatlarının 82%-i ABŞ dollarında, 7%-i avroda, 1%-ni İngiltərə funt sterlinqi və 10%-i isə SDR (Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi borclanma hüquqları) təşkil etmişdir.

2021-ci ildı valyuta ehtiyatlarının idarə edilməsində mühafizəkar yanaşma davam edib və valyuta aktivlərinin idarə edilməsindən 7,2 milyon dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, 2021-ci il ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 705, 6 milyon ABŞ dolları və ya 11,1% artaraq 7,1 milyard ABŞ dolları olub. Artımın əsas mənbəyini kvotaya uyğun BVF-nin SDR bölgüsü çərçivəsində Azərbaycanın SDR limitinin 532,5 milyon dolları ekvivalentində artırılması təşkil edir.


Vasif
Sfera.az